Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur” - “MeydanTV”nin əməkdaşından şok mövqe: - FOTOFAKT

18.01.2019 19:56 3 112
“Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur” - “MeydanTV”nin əməkdaşından şok mövqe: - FOTOFAKT
"Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur"

Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan və ölkəmiz əleyhinə qaralama kampaniyası aparan antimilli ünsürlərin erməni maraqlarına xidmət etdiyini, işğalçı Ermənistanla ortaq mövqedən çıxış etdiklərini dəfələrlə qeyd etmişdik. Belələri üçün Vətən, millət, xalq məfhumun yad olduğunu, yalnız öz şəxsi maraqlarını düşündüklərini xüsusi vurğulamışıq. Eyni əqidənin daşıyıcıları olan bu antimilli ünsürlər yalnız şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl atır, istənilən xarici qüvvə ilə əməkdaşlıqdan çəkinmirlər. Emin Milli kimi antimilli ünsürün rəhbərlik etdiyi "MeydanTV"də və onun ətrafında toplaşanlar da belələrinə nümunədir.

Median.az Kaspi.az-a istinadən bildirir ki, "MeydanTV"nin əməkdaşı Aytən Fərhadova "Facebook"da yazdığı statusla özünün və əməkdaşlıq etdiyi komandanın əsl simasını növbəti dəfə ortaya qoyub. Əslən Zəngilandan olduğunu qeyd edən A.Fərhadova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünə toxunaraq, işğal altındakı Zəngilan, Şuşa, Laçın üçün kimsənin ölməsini arzulamadığını yazıb.

"Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın və insanımın təhlükəsizliyini təmin etsin Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur" - cümləsi bu xanımın əsl mahiyyətini ortaya qoyur. "Qazilərə sayğım sonsuz, şəhidlərin xatirəsi həmişə də həmişə əzizdir", - qeydini edən bu xanım anlamır ki, yazdıqları ilə düşmən dəyirmanına su tökür, Ermənistana öz təslimçiliyini çatdırır, işğalçıya haqq qazandırır, 1 milyondan artıq qaçqın və məcburi köçkünün didərginliyinə yumşaq desək əhəmiyyət vermir.

"MeydanTV" və ona havadarlıq edənlərdən təlimatlar alan A.Fərhadova bu yazdıqları ilə Vətəninə, millətinə, xalqına xəyanət edir. Elə bu səbəbdən də "Facebook" istifadəçiləri, o cümlədən status müəllifinin həmkarları, müxalifətçilər onu bu mövqeyinə görə "topa tutublar". Misal üçün, Dünya Sakit imzası ilə tanınan jurnalist A.Fərhadovanın yazdıqlarından təəssüfləndiyini qeyd edib. Bildirib ki, erməninin Aytənin babalarının mülkiyyət hüququnu tanıması nonsensdir və bunu onlara tanıtmaq üçün döyüşməkdən başqa yol yoxdur. O bildirib ki, hər nə qədər istəməsək belə, döyüş və itkilər qaçılmazdır.

Müxalifyönlü fikirləri ilə tanınan Rəşad Babalı isə etirazını ironik şəkildə bu cür çatdırıb: "Verək başqa yerləri də bitsin. Ermənilər əslində vəhşi deyillər. Sadəcə, bizim mövcudiyyətimiz onları vəhşiləşdirir. "MeydanTV"nin havasındandı, suyundandı bilmirəm, orda işləyənlərin böyük əksəriyyəti belə düşünür. "Halaldır" bu təslimçiliyi "propoqanda" edənlərə".

Mübariz Türk adlı istifadəçi vurğulayıb ki, A.Fərhadova əslində bu statusu ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, işğal olunmuş torpaqların müdafiəsi zamanı əlil olan qazilərimizə, şəhidlərimizin ruhuna ən böyük sayğısızlıq nümayiş etdirir.

Əslən Cəbrayıl rayonundan olan Afər Fərhad isə etirazını bu cür bildirib: "Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın". Bu fikrə necə inanmaq olar? Ermənistan ərazisində yaşayıb, baba yurdundan qovulan nə qədər qaçqın var...".

Gün ərzində bu kimi rəylərlə sosial şəbəkə istifadəçiləri "MeydanTV"nin əməkdaşı Aytən Fərhadovaya öz etirazlarını çatdırıblar.

Son xəbərlər