Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı - VİDEO - FOTO

17.01.2019 19:50 3 877
Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı - VİDEO - FOTO
Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib.

Median.az
ARB TV-yə istinadən xəbər verir ki, Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb.

Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentli xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Səbuhi Səmədova - Şəki sakini: "Oğlum mənə yemək gətirmişdi. Bir də gördüm uşaq əlində mərmiyə oxşar nəsə gətirir. Ərəstun adlı bir hərbiçi var ona göstərdim ki, bu nədir? Dedi, bu partamamış mərmidi, dərhal "102" xidmətinə zəng vur, məlumat ver. Mən də məlumat verdim, gəlim apardılar".

Son xəbərlər