Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirdi - FOTOLAR

15.01.2019 20:03 2 522
DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirdi - FOTOLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi “Tıq-tıq xanımın saxta babası” bu dəfə abşeronlu uşaqlarla görüşə gəlib.

Median.az xəbər verir ki, Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın sərgüzəştlərini müasir üslubda işləyən quruluşçu rejissor və ssenari müəllifi Zəhra Quliyeva maraqlı və dinamik nağıl-tamaşa yaratmağı müvəffəq olub.

Yanvarın 15-də Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzinin tamaşa zalına toplaşan məktəbəqədər müəssisələrdə tərbiyə alan fidanlar sehrli nağıllar aləminə səyahət ediblər. Onların nağıldan tanıdıqları Tıq-tıq xanım bu dəfə fərqli, gözlənilməz məcrada cərəyan edən hadisələrlə üzləşib. Şaxta babanı tapmaq və onun Qar qızı olmaq arzusu ilə Tıq-tıq xanımın üzləşdiyi macəralar uşaqlar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Orijinallığı, kreativliyi, ritmik musiqi və rəqsləri, rəngarəng işıq effektləri, dinamikliyi ilə yadda qalan tamaşa balacalara təkrarolunmaz təəssüratlar, əsl bayram ovqatı bəxş edib. Aktyorların məharətli çıxışı, şən musiqilər, sevimli mahnılar, göz qamaşdıran kostyumlar və səhnə dekorasiyaları uşaqların şən əhval-ruhiyyəsinə hakim kəsilib, onları riqqətə gətirib.

Tamaşanın quruluşçu rejissorunun Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində gözəl bir Yeni il guşəsi yaratması balacaların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Nağıl-tamaşadan sonra bura toplaşan uşaqlar, tərbiyəçilər, valideynlər yaradıcı heyətə yaddaqalan, xoş təəssüratlarla zəngin səhnə əsərinə görə minnətdarlıqlarını bildirib, nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.

DTX-nin Mədəniyyət Mərkəzinin dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək məqsədilə yaratdığı tamaşa ölkəmizin digər şəhər və rayonlarında da göstəriləcək.

Son xəbərlər