Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ açıqlanıb

14.01.2019 23:25 1 843
Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ açıqlanıb
2018-ci ildə "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.

Median.az
bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, ötən il analizlərin əsas hissəsi Mərkəzi Laboratoriya tərəfindən aparılıb. İl ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu 2017-ci illə müqayisədə nümunə sayında 21 faiz, göstərici sayında isə 50 faiz artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə olunan ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların "Azərsu" ASC-nin xidmətinə verilməsi sayəsində mümkün olub.

Ümumilikdə, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib.

Hazırda "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.

Son xəbərlər