Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR – VİDEO

08.01.2019 16:57 2 663
Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR – VİDEO
Yol təsərrüfatına eləcə də dövlət əmlakına sürücülər tərəfindən ziyan vurulduqda, ona dəymiş ziyan ödənilir. Bəs vətəndaşlara həmin qurumlar tərəfindən ziyan dəydikdə necə, ödənilirmi?

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Qanunvericiliyə əsasən, əgər yolun vəziyyətinə görə avtomobilə ziyan dəyərsə və ya qəza halları baş verərsə sürücüyə dəymiş ziyan ödənilməlidir. Amma əksəriyyət bundan xəbərsizdir. Dəymiş ziyanın ödənilməsi üçün isə ilk növbədə həqiqətən bunun yolun vəziyyətinə görə baş verməsi sübut olunmalıdır.

Elməddin Muradlı – Ekspert: “Yol polisi tərəfindən qəza ilə bağlı formalar alınır, Avtomobil texniki servisdə qiymətləndirilir və bu toplu sənədlərlə məhkəməyə müraciət edibdə dəymiş ziyanı ala bilər”.

Sürücüyə dəymiş zərər sığorta şirkətləri tərəfindən ödənilə bilər. Amma avtomobilini icbari sığorta etdirmiş sürücülər bu halda çətinliklə üzləşə bilər. Onlar bunun üçün məhkəməyə müraciət etməli, bir müddət gözləməlidirlər. Kasko sığortda isə vəziyyət fərqlidir.

İlkin Nəcəfov – Sığortaçı: “Kasko siğorta ilə dəymiş ziyan ödənir. Sonra sığorta şirkəti həmin qurumdan ödədiyi məbləği tələb edir. Əksər hallarda həmin orqanlar məhkəməsiz o ödənişi ödəməyə çalışır”.

Sığorta ödənişlərindən əlavə, yolun vəziyyətinə görə dəymiş ziyanı aidiyyatı qurumlar tərəfindən də ödənilə bilər. Əgər hadisə təmir aparılan yolda müvafiq məlumatverici nişanların qoyulmaması yaxud səhv qoyulması ucbatından baş verərsə, sürücü ziyanın ödənilməsini tələb edə bilər. Bu zaman dövlət qurumunun günahı sübuta yetirilməlidir.

Anar Nəcəfli - AAYDA-nın mətbuat katibi: “Yol infrasturukturu dedikdə təkcə AAYDA nəzərdə tutulmalıdır. Burada digər komunnal xidmətləri sahələri də var. Belə hallar baş verərsə, AAYDA-nın günahı sübuta yetirilsə, vətəndaşa dəyən ziyan ödənilər”.

Hər bi halda xoşagəlməz sonluqlardan qaçmaq üçün yollarda son dərəcədə diqqətli olmaq lazımdır. Çünki statistika göstərir ki, əksər yol qəzalarında ən çox zərər sürücülərə dəydiyi kimi, ən böyük məsuliyyət də elə onların üzərinə düşür. Qaydalara riayət edək ki, sonda belə xoşagəlməz hallarla rastlaşmayaq.

Son xəbərlər