Mojo.az Banner
19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

07.01.2019 18:46 6 359
Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu
Azərbaycanda yanvarın 1-dən etibarən avtomatlaşdırılmış şəkildə pensiya təyinatı aparılır.

Bu il yanvarın 1-də ad günü olan Ramazan Şabanov kompüter proqramının seçdiyi ilk təqaüdçü olub.

R.Şabanova ad günündə zəng vuran nazirliyin işçiləri onun 64 yaşının tamam olduğunu və pensiyaya çıxdığını bildiriblər və aylıq pensiyasının 490 manat hesablandığını deyiblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdçüyə pensiya kartını təqdim edərək, onun elektron xidmət barədə fikirlərini dinləyib.

Nazirin sözlərinə görə, 36 min şəxsin pensiya təminatı məhz bu sistem vasitəsilə rəsmiləşdiriləcək və nəticədə uzun-uzadı vaxt itirmələrin, çoxsaylı sənədləşmə proseslərinin qarşısı alınacaq.

S.Babayev eyni zamanda pensiyaçıların artımları gələn aydan etibarən ala biləcəklərini vurğuladı.

“Müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.

Qeyd edək ki, pensiya hüququ qazanmaq üçün kişilərdə yaş həddi 64, qadınlarda 61-dir. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il təşkil edir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner