Mojo.az — elanlar
Son Xəbərlər
19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Şıxlinskaya klinikasını satdı

03.01.2019 16:08 5 640
Leyla Şıxlinskaya klinikasını satdı
Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Median.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, artıq klinikaya yeni direktor təyin edilib. 
Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq  edib.  
Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. 

Belə ki, L.Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı bir milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L.Şıxlinskaya bu məbləğlə razılaşmayıb.

Bundan əlavə, klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən, vergidən yayınma halları ilə gəlib. Görünür, belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.

Son xəbərlər