Mojo.az Banner
13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik “Vergi xəbərçiləri” məsələsinə aydınlıq gətirdi

26.12.2018 16:50 2 504
Nazirlik “Vergi xəbərçiləri” məsələsinə aydınlıq gətirdi
Dünəndən bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb. Bildirilir ki, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər.

Median.Az
xəbər verir ki, nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a bildiriblər ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulur:

"Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin ("Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib”.

Rəsmi məlumata görə, hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir:

"Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və lüzumsuz müzakirələrə yol verməsinlər”.скачать dle 11.3
Mojo.az Banner