Bakı metrosundan sərnişinlərə Yeni il sürprizi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |     22:53 Tramp Kim Çen Inla görüşməyə razılıq verib  |     22:45 Bu ərazidə yaşayanlara metro ilə bağlı sevindirici xəbər: Tarix bəlli oldu  |     22:39 Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb  |     22:30 10 manatlıq şirkətin vergi borcu yarandı  |     22:25 Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək  |     22:19 Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb  |     22:12 İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb  |     22:03 “Bir həftəyə 7 mindən çox əsgər ölüb” - Tramp  |     21:58 Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi  |     21:52 İtinə görə 800 manat cərimə olundu  |     21:46 Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?  |     21:39 Bu da “Qarabağ”ın yeni hücumçu transferi  |     21:32 Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub  |     21:24 Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı  |     21:18 Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq  |     21:11 Pezeşkian: "3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq  |     21:06 Bəxtiyar Ersay vəzifəsindən azad edildi  |     20:57 Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:50 Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var  |    

Bakı metrosundan sərnişinlərə Yeni il sürprizi

Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, 2018-ci ilin son günlərində metronun stansiyalarında sərnişinlər bayram əhval-ruhiyyəsini hiss edəcək:

“İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.

Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib. Bakı metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq.

Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli iki retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Sərnişinlərimizin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmayırlar.

Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar”.

B.Məmmədov onu da əlavə edib ki, son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək:

“Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq.

Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 702 26.12.18 13:13