Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Metropolitendə sərnişinlər üçün bayram proqramları təşkil ediləcək

27.12.2023 12:50 1 845
Metropolitendə sərnişinlər üçün bayram proqramları təşkil ediləcək
“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə bayram proqramları təşkil edəcək.

Qurumdan verilən məlumata görə, Yeni ilin əsas tədbirlərinin məkanı şəhər mərkəzinə ən yaxın yerləşən “İçərişəhər” stansiyası olacaq.

Dekabrın 28-də burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatarın nümayişinə başlanacaq. Həmin gün qatarların ətrafında dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi də başlanacaq.

Dekabrın 29-30-da saat 11:30-dan isə stansiyada Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gələcəklər. İki saatdan artıq davam edəcək zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətini göstərəcək.

Tədbirin gedişində metropolitenin daha bir ənənəsinə uyğun olaraq şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirəcək.

Dekabrın 30-31-i milli həmrəyliyimizi və Yeni ili səciyyələndirən musiqi parçalarının da yer alacağı konsert proqramları 4 stansiyada təşkil olunacaq. “İçərişəhər” stansiyasında saat 10:30-da başlanacaq iki hissədən ibarət proqram daha sonra “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək. Konsert proqramının hər hissəsi hər biri 45 dəqiqə davam edəcək və növbə ilə 15:00-a qədər estafet növbəti stansiyalara veriləcək.скачать dle 11.3
Mojo.az Banner