Mojo.az Banner
20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |     18:58 Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq  |     18:45 Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub  |     18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |     18:18 Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu  |     18:13 Bakıda yeni tribuna quraşdırıldı  |     18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |    
Left Banner
Right Banner

Azərbaycanda dörd yaşlı uşaqda nadir genetik xəstəlik aşkarlanıb

07.12.2018 12:55 2 716
Azərbaycanda dörd yaşlı uşaqda nadir genetik xəstəlik aşkarlanıb
Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri dörd yaşlı körpədə nadir genetik xəstəliyin olduğunu təsdiqləyiblər. Bu vaxtadək raxit diaqnozu ilə müalicə alan Gülşən Rəsulova adlı balaca pasiyent, əslində, tamamilə fərqli xəstəlik – mukopolisaxaridozdan əziyyət çəkirmiş.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, uşağın həkimi, ATU-nun II uşaq xəstəlikləri kafedrasının assistenti Adilə Çernik-Bülənd bildirir ki, raxit diaqnozu qoyulduğu üçün xəstəyə çox miqdarda vitamin D verilib.

Nəticədə, vitamin D artıqlığı - hipervitaminoz yaranıb. Bu, özü də ayrıca bir xəstəlikdir. Lakin körpə Kürdəmirdə yerli nevropatoloq tərəfindən müayinə olunarkən, raxit diaqnozunun düzgünlüyü ilə bağlı şübhə yaranıb. Odur ki, balacanı ATU-ya yönləndiriblər.

Adilə xanımın sözlərinə görə, xəstənin müayinəsi zamanı mukopolisaxaridoz olduğundan şübhələnib:

“Mukopolisaxaridozun özünəməxsus əlamətləri var. Belə xəstələrin kürəyində tüklər çıxır, qaşları, kiprikləri qalın olur, saçları uzun, burun yəhəri batıq olur, əlləri bir qədər içəriyə tərəf əyilir. Mən də uşağın əlində bu əlaməti görəndən sonra həmin xəstəlikdən şübhələndim”.

Həkim bildirir ki, bu xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün ehtiyac olan analiz çox bahalıdır. Tək bir analizin qiyməti 1800 avro təşkil edir. Lakin G.Rəsulovanın analizini qazaxıstanlı həmkarların köməyilə Almaniyada pulsuz həyata keçirmək mümkün olub. Təəssüf ki, analiz azərbaycanlı həkimlərin şübhələrini təsdiqləyib – dörd yaşlı pasiyentdə mukopolisaxaridoz xəstəliyi olduğu təsdiqlənib.

Adilə Çernik-Bülənd qeyd edir ki, belə xəstələrin orqanizmində enzim fermenti olmur. Orqanizmdə turş mukopolisaxaridlərin mübadiləsi pozulur, parçalanmamış, tam yanmamış maddələr lizosomonlarda toplanır. Nəticədə turş mukopolisaxaridlərin utilizasiyası pozulur.

Sümüklər əyilir, kürəkdə qozbellik yaranır. Bu irsi xəstəliyin yeddi növü var. Qurler, Hunter, Sanfilippo, Morkio, Maroto-lami, Şeye və Slay sindromu. Məsələn, məşhur “Notr-Dam kilsəsinin qozbeli” əsərindəki Kvazimodo məhz bu xəstəliyin birinci tipi olan quller xəstəsi olub. Belə xəstələr yalnız son mərhələdə həmin formaya düşürlər.

Hər bir növdə konkret bir ferment çatışmazlığı müşahidə olunur. Ona görə də xəstəliyin hər bir tipinə uyğun çatışmayan ferment xəstəyə vurulur. Lakin bu müalicə ömürlük davam etməlidir.

Adilə Çernik-Bülənd qeyd edir ki, dörd yaşlı balaca Gülşənə də müalicə lazımdır. Hələlik simptomatik müalicə yazılır. Lakin bu nadir rast gəlinən xəstəliyin müalicəsi də baha olduğundan, xəstənin ailəsinə Səhiyyə Nazirliyi tərəfindən yardım olunacaq.

Həkim məsləhət görür ki, uşaqlarında belə irsi xəstəlik olan valideynlər növbəti dəfə uşaq gözləyəndə, mütləq genetik analizdən keçsinlər və yalnız risk olmadığı halda ikinci uşağı dünyaya gətisinlər.скачать dle 11.3
Mojo.az Banner