Mojo.az Banner
20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda universitetdə qan töküldü

04.12.2018 12:42 2 074
Bakıda universitetdə qan töküldü
Azərbaycan Pedaqoji Universitetinin tələbəsi 1996-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaqlanıb.

Hadisə ötən gün, dekabrın 3-də baş verib.

Yaralı təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin yardım göstərildikdən sonra onu Kliniki Tibbi Mərkəzə köçürüblər.

Kliniki Tibbi Mərkəzdən isə deyiblər ki, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunun vəziyyəti orta ağır olaraq qalır:

“Xəstə dünən belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi müdaxilələr olunub. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qalır”.

Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun oxu.az-a verdiyi məlumata görə, hadisə dünən universitet daxilində yaşanan insident zamanı qeydə alınıb:

“Universitetin Fizika və Texnologiya fakültəsinin tələbəsi İbrahimov Rəşad Akif oğlu ilə Filologiya fakültəsinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu arasında mübahisə yaşanıb.

Mübahisə zəminində Rəşad Yusifə bıçaqla xəsarət yetirib. Hazırda məsələ polis tərəfindən araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq, hər iki tələbə haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq ölçü götürüləcək”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner