Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 15 qazi işdən çıxarılıb? - AÇIQLAMA

04.12.2018 11:54 4 103
Sumqayıtda 15 qazi işdən çıxarılıb? - AÇIQLAMA
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun 3 dekabr beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilini işdən çıxardığına dair məlumat yayılıb. Belə ki, 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobusları çıxarılıb. Həmin marşrut xətti üzrə avtobuslarda çalışan Qarabağ əlilləri də faktı təsdiq ediblər.

Bu barədə məlumatı Qarabağ qazisi Rey Kərimoğlu özünün “Facebook” səhifəsində paylaşıb.

Məsələ ilə bağlı oxu.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən açıqlama verilib.

Bildirilib ki, heç bir sürücü işdən çıxarılmayıb:

“Avtobuslar köhnə olduğundan xətdən çıxarılıb. Şəhərimizin müasirləşməsi üçün son dövrlər 200-dən çox avtobus gətirilərək xəttə buraxılıb. Sonuncu sıralarda isə 33 saylı marşurut xəttində istifadə edilən avtobuslar olub. Onlar istifadəyə yararsız olduqları üçün xəttdən çıxarılıb və yeni gətiriləcək avtobuslarla Sumqayıt Nəqliyyat MMC-nin tərkibində faliyyət göstərəcəkdir. Bu barədə işçilərə məlumat verilib. Sürücülər 1 həftə öncədən dəvət edilib və onlarla müqavilə bağlanılıb. Həmin xəttin sürücüləri arasında müqavilə imzalayanlar avtobuslar xəttə buraxıldıqda fəaliyyətini davam etdirəcək. Müqavilə bağlamaqdan imtina edən sürücülər də olub ki, bu onların şəxsi seçimidir. Narahatlığa heç bir əsas yoxdur”.

Son xəbərlər