Mojo.az Banner
18:13 "Beniz"in məhkəmə istintaqı yekunlaşır  |     17:26 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı  |     17:06 Zibilliyin yanından keçərkən burnunu tutdu, velosipedçini vurub öldürdü - Lənkərandakı qəzanın TƏFƏRRÜATI  |     16:39 İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi  |     16:30 Genişmiqyaslı korrupsiya əməliyyatı: Deputatın evindən qızıldan alt paltarı tapıldı (FOTO)  |     16:23 Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ  |     16:01 Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy  |     15:58 Azərbaycan neçə erməni hərbçinin qalıqlarını təhvil verib?  |     15:49 Yeni binadan ev və ya obyekt alanların DİQQƏTİNƏ - ALİ MƏHKƏMƏDƏN TÖVSİYƏ  |     15:23 Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO  |     15:21 Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nazirlər nələri müzakirə etdilər?  |     15:20 Bakıda kişi telefonuna baxan arvadını döydü  |     15:17 Rusiya ordusu yeni əraziləri nəzarətə götürdü  |     15:15 Bakıda 47 yaşlı kişi evində ölü tapıldı  |     15:13 Günəşdə güclü partlayışlar baş verib  |     15:11 Onlayn qumar oyunlarının keçirilməsinə görə CƏZALAR SƏRTLƏŞDİRİLİR  |     15:10 Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     15:09 Alyona Əliyeva internat məktəbində uşaqlarla görüşdən paylaşım edib - FOTO  |     15:06 Sürücülərin NƏZƏRİNƏ: Bakının iki əsas yolunda hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ - FOTO  |     15:04 Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə icraat müddəti ARTIRILIR  |    
Left Banner
Right Banner

Bank kartlarından 85 min manat oğurlayan keçmiş məhkum saxlanıldı

03.12.2018 12:48 1 980
Bank kartlarından 85 min manat oğurlayan keçmiş məhkum saxlanıldı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən keçmiş məhkum, Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

Səddam Nəzərli əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner