Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?" - Müəllim direktora cavab verdi

29.11.2018 16:56 3 750
"Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?"

Bu sözləri azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.

O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi "9 yaşlı qıza aşiq olub" iddiasına münasibət bildirib: "Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, "youtube"də də, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi 9 yaşlı qızını "pedofil" dediyi adamın yanına gətirər?"

Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: "Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun. Mənim dünənki video müraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır.

Xatırladaq ki, Tural Mirzəliyev bu gün "Yeni Müsavat"ın canlı yayımında Rövşən Əzizovun bir müddət öncə sosial şəbəkədə yazdığı iddia olunan fikirləri səsləndirib və deyib: "Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdim və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".

Son xəbərlər