Mojo.az Banner
11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda oğurluq edən 11 nəfər saxlanılıb

24.11.2018 18:49 6 142
Regionlarda oğurluq edən 11 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 60 manat pul oğurlayan Masallı şəhər sakini İzzət Əhmədzadə saxlanılıb. Araşdırma zamanı, onun bu il oktyabrın 4-dən noyabrın 20-dək olan müddətdə, daha bir evdən 95 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Bundan başqa, noyabrın 12-də Masallı dəmiryolu stansiyasının ərazisindən 41 ədəd rels bərkidicisi və 35 ədəd rels altlığını oğurlamağa cəhd göstərən rayon sakinləri Səfail Şahbazov və Qəhrəman Qurbanov DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 mağazadan pul, tütün məmulatı, danışıq kartları və məişət əşyaları oğurlayan rayon sakinləri Ramazan Həsənov və bir yeniyetmə saxlanılıblar.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axatış tədbirləri nəticəsində noyabrın 12-nə keçən gecə Tanrıqulular kəndindəki evdən 1260 manat və 550 rubl pul oğurlayan kənd sakinləri olan 2, Mingəçevir şəhər sakini olan 1 yeniyetmə saxlanılıblar.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Həmənli kəndindəki evdən 520 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakini Əli Məmmədov saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir qadının pulqabısından pul, bir nəfərin velosipedini, ev alqı-satqı ofisindən, mağazadan, həyətyanı sahədən, 2 avtomobildən pul, sənəd, ev quşu, mobil telefon və spirtli içki oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov saxlanılıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-oktyabr ayları ərzində Gəncə şəhəri ərazisində bir evdən 90 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyasını, dörd avtomobildən pul, maqnitofon və akkumulyator oğurlayan şəhər sakini Əli Əzizov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner