Mojo.az Banner
14:18 Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı  |     14:09 Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO  |     14:06 "Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB  |     13:51 Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir  |     13:51 Əməkdar jurnalist vəfat etdi  |     13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |     13:35 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:24 Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT  |     13:23 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI  |     13:17 Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO  |     13:11 Tayvan sahillərində güclü zəlzələ baş verib  |     23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |    
Left Banner
Right Banner

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər

24.11.2018 12:50 3 019
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "yaşıl" elektrik stansiyası yaradıla bilər".

Median.Az
xəbər verir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadə bildirib ki, liman bu təkliflə MMC-yə müraciət edib:

"Onlar limanın qismən və ya tam bərpa olunabilən enerji mənbələri ilə təmin olunması imkanının nəzərdən keçirilməsini xahiş ediblər. İndi biz layihə üzərində işləyirik. Maliyyələşdirməyə gəldikdə isə biz Bakı limanına pay iştirakı ilə bağlı təklif vermək istəyirik. İnvestisiya şirkətləri ilə danışıqlar aparmağa da hazırıq. Müddətlər barədə hələlik bir şey deyə bilmərəm, çünki bu, uzunmüddətli layihədir".

MMC sədrinin sözlərinə görə, hazırda layihə ilə bağlı qiymətləndirmə işləri aparılır:

"İndi biz limanda meteomüşahidə stansiyaları quraşdırırıq. Onlar küləyin sürətini və digər göstəriciləri müəyyən edəcək. Göstəricilərdən asılı olaraq biz hansı turbinlərin quraşdırılmalı olduğunu biləcəyik. Bir çox nüanslar olduğu üçün layihənin dəyəri haqqında danışmaq hələ tezdir".
скачать dle 11.3
Mojo.az Banner