Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi |
Mojo.az Avto
Mojo.az Avto

Hacıbala Abutalıbov: O evlər söküləcək, siz də buna şahid olacaqsınız

23.11.2018 18:43 4 849
Hacıbala Abutalıbov: O evlər söküləcək, siz də buna şahid olacaqsınız
Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.

Median.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.

“Yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıb”

H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar beş istiqamətdə qurulmalı və dörd ay ərzində işləməlidir. Dörd aydan sonra araşdırmaların nəticəsi əsasında hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iyulun 1-də tam yekunlaşacaq”.

“Sürüşmə ərazisi 2 dəfə böyüyəcək”

Baş nazirin müavininin sözlərinə görə, ərazidəki evlər mütləq şəkildə söküləcək:

“Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi iki dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər.

O vaxta qədər bütün araşdırmaları aparıb, layihəni bizə təqdim etsinlər. Fövqəladə Hallar Nazirliyi ekspertiza etdikdən sonra gec-tez o evlər söküləcək. Biz qərar verəcəyik, siz də bunların şahidi olacaqsınız. Hazırda iş gedir. Bununla belə, yapon mütəxəssislər deyir ki, ərazidə böyük sürüşmələr gözlənilir. Dünən də bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.

Bayılda polis məntəqələri yaradılır

H.Abutalıbov bildirib ki, sabah, ərazidə polis məntəqələri yaradılacaq:

“Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Səbail rayon Polis İdarəsinə mənim imzamla məktub göndərilib. Mənə elə gəlir ki, sabah ya birisi gün polis məntəqəsi yaradacağıq. Kim ki verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq və məsuliyyət daşıyacaq. Əgər insan öz həyatından çox malını sevirsə, o insanlıqdan kənardır”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən səkkiz fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Tapşırıqlara məhəl qoymayanlar villalarında yaşamaqda davam edirlər.

Son xəbərlər