Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur azərbaycanlı aktyor məktəb direktorunu döyüb? - VİDEO

21.11.2018 12:17 3 009
Məşhur azərbaycanlı aktyor məktəb direktorunu döyüb? - VİDEO
“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev bir neçə ay əvvəl qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi məhkəmə binasının qarşısında döyməkdə ittiham edilir.

Hadisə barədə ilk məlumatı müəllim Həbib Əlizadə özünün sosial şəbəkədəki səhifəsində paylaşıb.

Məlumata görə, hadisə Nizami Rayon Məhkəməsi qarşısında baş verib.

Məhkəmə prosesindən sonra bir araya gələn tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı R.Rzayev direktor Tural Mirzəliyevin üzərinə hücum çəkərək baş nahiyəsinə zərbələr vurub.

T.Mirzəliyevin yaxınlarının sayta verdiyi məlumata görə, o, 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da açıqlama verib. O bildirib ki, bu məsələ birbaşa nazirliyin diqqətindədir:

“Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib. Bizdə olan məlumata görə, hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Müəllimə Allahdan şəfa diləyirik”.

Xatırladaq ki, tərəflər arasında mübahisə bir neçə ay əvvəl 220 nömrəli məktəb-liseydə çalışan Zeynəb Rzayevanın (aktyor Rza Rzayevin bacısı - red.) vəzifə səlahiyyətlərinə dəyişiklik edilməsi ilə başlayıb. Bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev isə məsələni həll etmək üçün direktorla mübahisə edib.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış videokameraya düşüb. Görüntülər isə məhkəmə prosesində dəlil olaraq irəli sürülüb və tərəflər bir-birindən şikayətçi olub.//oxu.az


Son xəbərlər