Gəncədə binada partlayış: ölənlər var - FOTO + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 1988 ailə kirayə üsulu ilə mənzil sahibi olub  |     22:57 Şimali koreyalı hakerlər 2025-ci ildə rekord vurdu: 2 milyardlıq kriptovalyuta oğurlandı  |     22:49 "WhatsApp" statuslarına sual-cavab funksiyası gəlir - Necə işləyəcək?  |     22:42 Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim oldu  |     22:37 "Şahdağ Mehmanxana"da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi  |     22:30 İran toyunda Azərbaycan mahnısı: Gəlin "Qara qız"la rəqs etdi (VİDEO)  |     22:24 Qədim Roma heykəllərinin çoxu niyə başsızdır?  |     22:16 Niyə Qara dəniz dünyanın ən unikal dənizidir?  |     22:11 Bakıda köhnə dərman yeni etiketlə satılıb? (VİDEO)  |     22:01 Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq  |     21:50 Əfqanıstanda bir sıra sosial şəbəkələrə giriş məhdudlaşdırılıb  |     21:41 Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib  |     21:36 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub  |     21:30 "Formula 1": "Maklaren" pilotu "Ferrari"yə keçə bilər  |     21:23 Myanmada paraplandan atılan bombalar nəticəsində 40 nəfər ölüb  |     21:07 Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     21:00 Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq  |     20:55 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ  |     20:46 Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib  |     20:40 İstanbulda Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub  |    

Gəncədə binada partlayış: ölənlər var - FOTO + YENİLƏNİB

Gəncə şəhərində baş verən partlayış zamanı dağıntılar altında qalanlardan daha iki nəfərin meyiti çıxarılıb.

Şəxsiyyəti məlum olmayan qadınla birgə 21 yaşlı oğlunun da cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Verilən məlumata görə, qadın müəllim olub.

* * * * *

Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı yeni məlumatı yayıb.

FHN-dən verilən məlumata görə, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb:

“1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib. Hazırda FHN-nin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib”.

Əlavə məlumat veriləcək.

* * * * *

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb olunub. Dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olub. Yaralı təcili olaraq hərbi hospitala yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

* * * * *

Səhiyyə Nazirliyi Gəncədə yaşayış binasında baş verən partlayış zamanı bir nəfərin ölməsini təsdiqləyib.

Bu barədə oxu.az-a açıqlamasında nazirliyin rəsmisi deyib.

Onun sözlərinə görə, dağıntılar altından daha bir nəfər çıxarılıb.

“O, yüngül xəsarətlər almışdı. Xəstəxanaya yerləşdirilməkdən imtina etdi”, - deyə qurum rəsmisi bildirib.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

09:31

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

O, bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir:

“Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

M.Zeynalov əlavə edib ki, uçqun zamanı dörd mənzildə dağıntılar qeydə alınıb:

“İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.

* * * * *

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Median.Az
Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

* * * * *

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Median.Az
xəbər verir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, üç girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Əlavə məlumat veriləcək.

* * * * *

Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında partlayış olub.

Median.Az
-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə üçüncü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 078 20.11.18 11:25