13:43 Naxçıvanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video  |     13:35 Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq  |     13:33 Həftəsonu səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ  |     13:32 Azərbaycanın beş boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb  |     13:31 Optimal iş qrafiki açıqlandı  |     13:30 Leyla Əliyeva "Eşqi-nur" sərgisindən paylaşım etdi (Video)  |     13:29 Naməlum şəxs Pentaqona 130 milyon dollar ianə edib  |     13:28 Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu - Video  |     13:27 Xorvatiyada məcburi hərbi xidmət bərpa edilir  |     13:25 Ağdamda yük maşını restoranın ərazisinə aşdı  |     13:23 Ermənistanda kilsəyə məxsus telekanal bağlanacaq  |     13:15 İlkin Süleymanovun vəkilinin saxlanılmasına səbəb olan hadisənin GÖRÜNTÜSÜ (Video)  |     22:56 "Alaska Airlines" "İT" sistemindəki nasazlıq səbəbindən uçuşları dayandırıb  |     22:46 Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI  |     22:40 Yaponiya sahillərində güclü zəlzələ baş verib  |     22:30 "Hazır suplar xərçəng yaradır  |     22:22 “Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi  |     22:09 “Moskvanın cavabı sərt olacaq”  |     22:00 Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək  |     21:52 İker Kasilyasın evi qarət edildi  |    

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 6-ya çatıb - YENİLƏNİB-4 - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən "Report"a verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

21:00
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

20:20
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən "Report"a verilən məlumata görə, görülən operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

19:15
Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

FHN-dən "Report"a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək".

19:02
Abşeron rayonunda evdə partlayış baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Partlayışdan sonra yanğın başlayıb.

1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 080 25.01.21 22:05