Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Mirkamilin yalanı üzə çıxdı – Özgə uşağı özününkü kimi təqdim edib

14.11.2018 18:58 2 547
Mirkamilin yalanı üzə çıxdı – Özgə uşağı özününkü kimi təqdim edib
“Xalq ulduzu” müsabiqəsindən tanınan müğənni Mirkamil Kamilovun ictimaiyyətdən gizlətdiyi qızı ilə bağlı verdiyi gözlənilməz açıqlaması rezonansa səbəb olub.

Belə ki, “Instagram” hesabında yeni doğulmuş qız uşağınının fotosunu paylaşan Mirkamil, onu öz övladı kimi qələmə verib və vaxtı ilə onu öldürmək istədiyini də etiraf edib.

M. Kamilovun sözlərinə görə, ağır xəstəliklə mübarizə apardığı dönəmdə o, qızını öldürmək istəyib, amma özündən sonra yadigarının qalmasını düşünərək fikrindən daşınıb:

“Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı”.


Azxeber.com-un məlumatına görə, sözügedən məsələ ilə bağlı xəbərlərin yayılmasından sonra özünü fotosu paylaşılan körpənin dayısı kimi təqdim edən Təyyar Bayramov adlı şəxs 1news.az saytının redaksiyası ilə əlaqə saxlayıb.

“Bu, hamısı yalandır. Fotoda mənim bacımın qızıdır. Onun Mirkamilə heç bir aidiyyatı yoxdur”, – deyən T. Bayramov müğənni ilə kontakt yarada bilməməsini də əlavə edib.

Qeyd edək ki, Mirkamil son günlər “Instagram”dakı paylaşımları ilə gündəmdən düşmür. O, beyin xərçəngindən, narkotikdən əziyyət çəkdiyini açıqlayıb. İfaçı heç vaxt ailəli olmayıb.

Son xəbərlər