Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ - SİYAHI

16.09.2020 23:23 2 412
Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ - SİYAHI
Bir çox xarici məşhurlar çətin həyat şəraiti olan körpələri övladlığa götürərək onlara daha yaxşı həyat verməyə çalışır. Buna Ancelina Coli, Madonna, Nikol Kidman kimi dünya ulduzlarını misal göstərmək olar.

Azərbaycanda da ailə qurmayan, ailə qurub övladı olmayan və oğul-qız sahibi olsa da, övladlığa uşaq götürən tanınmışlar var.

Median.Az yenisabah.az-a istinadən bu mövzuyla bağlı araşdırmanı təqdim edir:

Xərçəngə tutulduğu deyilən xalq artisti Nisə Qasımova heç vaxt ailə qurmayıb. Qardaşı cavan rəhmətə getdiyindən Nisə xanım onun oğlu Fətullanı iki yaşından övladlığa götürüb.

Xalq artisti Flora Kərimovanın Zümrüd Şəfiyeva adlı qızı və övladlığa götürdüyü Oqtay adlı bir oğlu var.

Xalq artisti Firəngiz Mütəllimova ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran aktrisa bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə "qızım" deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır. "Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm" - deyə sənətçi açıqlamalarının birində bildirib.

Müğənni Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.

Müğənni Mənzurə Musayeva ailə həyatı qursa da, övladı olmayıb. O, qardaşı qızını övladlığa götürüb.

Müğənni Fədayə Laçın da övladlığa uşaq götürən məşhurlar arasındadır. Bu haqda sənətçi illər əvvəl verilişlərin birində məlumat vermişdi: "Adı Ayxandır, 21 yaşı var. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm, iki övladım var. Onun valideynləri qohumlardandır. Ayxan 3 yaşından oğlumla dostluq edib. Valideynləri Ayxan 6-cı sinifdə oxuyanda dünyasını dəyişiblər. Ondan sonra mən onu himayəmə almışam. Amma sənədləşdirməmişəm, sənədsiz olsa belə oğlumun qardaşıdır. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram".

Müğənni Niyam Salaminin 43 yaşı var. Niyam bir dəfə ailə qursa da, övladı yoxdur. O, qardaşı oğlu və bacısı qızını övladlığa götürdüyünü deyib: "Babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş-bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam".скачать dle 11.3
Mojo.az Banner