Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Çeki saxlayın: ƏDV-nin 15 faizi geri qayıda bilər

13.11.2018 14:30 2 743
Çeki saxlayın: ƏDV-nin 15 faizi geri qayıda bilər
2019-cu ildən Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı”nın səviyyəsini azaltmaq üçün qarşısına konkret məqsəd qoyub. Bunlardan biri istehlakçıların aldıqları mal və xidmətə görə çek tələbetməsini stimullaşdırmaqla bağlı tədbirlərdir.

Dövriyyənin rəsmiləşdirilməsi və nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə gələn il ƏDV-nin bir hissəsinin istehlakçıya geri qaytarılması ilə bağlı Vergilər Nazirliyinin təklifləri var.

Belə ki, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri alacaq. Konkret olaraq, təkliflər belədir ki, vətəndaş aldığı mala görə əldə etdiyi çekləri təqdim etdiyi zaman əgər ödəniş nağdsız həyata keçirilibsə, ƏDV-nin 15 faizini, nağd şəkildə alış-veriş edilibsə, yenə də kassa çeki varsa, 10 faizini geri ala biləcək. Bu həm rəsmiləşməyə doğru aparan bir təşviq mexanizmidir, həm də nağdsız dövriyyənin həcmini artıracaq.

O da məlumdur ki, Azərbaycanda ƏDV 18 faizdir və vergi daxilolmalarının böyük hissəsi məhz ƏDV-nin üzərinə düşür. 2019-cu ilin büdcəsində vergi daxilolmalarının həcmi artırılıb, bu halda bu təklifin büdcəyə mənfi təsiri ola bilərmi?

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda ƏDV-nin 18 faiz təşkil etdiyini nəzərə alsaq, 100 manatda 18 manat edir. Və büdcədə ƏDV-nin gəliri 5,3 milyard təşkil edirsə, orta hesabla nağdsız, nağd hesablaşmaları 13,5 faizlə götürsək, bu, təxminən 375 milyon manat edir. Üstəlik, ƏDV-nin geri qaytarılması ancaq qeyri-neft sektoru məhsullarına aid edilir.

“Burada başqa bir məsələ var, siz inanırsınızmı bu çeklər yığılıb təhvil veriləcək? Əgər vətəndaş 1000 manatlıq dövriyyə etsə, bu 180 manat edir. Tutaq ki, 15 faiz nağdsız dövriyyə ilə edib, bu halda ona çatacaq məbləğ 27 manatdır. Belə məbləğə görə vətəndaşın hansısa bankın və ya idarənin qapısını döyməsi üçün, bəlkə, marağı olar, ancaq kiçik həcmlərə görə inanmıram.

Ümumən, bu təklifi dəstəkləyirəm, sadəcə olaraq, sual yaranır ki, mexanizm işləyəcəkmi? Çünki bizdə nağdsız ödəniş mədəniyyəti hələlik yoxdur”.

Ancaq əminliklə demək olar ki, bu təklif tətbiq edilərsə, müsbət tendensiya yaranacaq. Çünki insanlar hansısa formada pul alacaqlarını bildikləri üçün çek tələb edəcəklər. Bu isə sahibkarları məcbur edəcək ki, dövriyyəni rəsmiləşdirsinlər. Rəsmiləşdirmə isə büdcəyə daxilolmanın həcmini artıracaq.

Ona görə də bu gün mümkün imkanlardan istifadə edib, təşviq mexanizmlərini artırmaq lazımdır. Nağdsız və qanuni dövriyyəni artıq mədəniyyətə çevirməliyik. Qarşıdakı 5-6 ildə stimullaşdırıcı mexanizmlərdən istifadə etməklə, sonrakı dövr üçün bir mədəniyyət formalaşdırmaq lazımdır.

R.Həsənov ƏDV-nin differensiallaşmasının tərəfdarıdır:

“Çünki sabit ƏDV çox absurd bir vəziyyət yaradır, idarəetməni çətinləşdirir. Hökumət əlindəki tənzimləmə alətlərinin sayını nə qədər çoxaldırsa, o qədər daha çevik siyasət həyata keçirə bilir. Uzunmüddətli perspektivdə sadələşdirilmiş verginin ləğv edilməsi zamanı belə, sabit ƏDV böyük problemlər yaradacaq.

Əgər hədəf belədirsə, mütləq ƏDV differensiallaşmalıdır ki, tənzimləmək üçün alət rolunu oynasın. Sektorların təşviqi, qiymətlərin idarə edilməsi, tələb və təklifin istiqamətləndirilməsi üçün bu, vacib addımdır”.//oxu.az

Son xəbərlər