Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb - VİDEO

13.11.2018 12:15 5 580
Aşqabadda çörək qıtlığı: mağazalarda növbələr yaranıb - VİDEO
Türkmənistanın paytaxtı Aşqabadda dövlət mağazalarında çörək qıtlığı və özəl müəssisələrdə un məmulatlarının bahalaşması müşahidə olunur.

Median.Az
-ın məlumatına görə, bu barədə “Türkmənistan xronikası” saytı məlumat yayıb.

Dövlət mağazalarına daxil olan çörək sürətlə qurtarır. Ailəsində 4-5 adam olan şəxslər gündə bir neçə dəfə mağazalara gəlməli və növbələrə düzülməli olurlar. Çünki hər adama cəmi bir çörək satılmasına icazə var.

Demək olar ki, paytaxtdakı bütün dövlət mağazalarının qarşısında uzun növbələr müşahidə olunur. Bir çox mağazaların qarşısında sübh tezdən növbələr yaranır. Digər çörək satan mağazalar isə işləmir. Bir çox çörəkxanaların bağlandığı bildirilir.

Yerli KİV bəzi kommersiya mağazalrında çörəyin 5-6 manata (1,4-1,7 dollar) satıldığını yazır.


Son xəbərlər