Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR – VİDEO

09.11.2018 15:47 2 523
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR – VİDEO
Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir. Bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

Onun sözlərinə görə, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda 1 əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb”.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Taleh Kərimov - Görmə əngəlli: Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini qurtarmışam. Məndə ödənişli idi. 1200 manat pul ödəyirdim. Bu da çətin idi. Güzəşt olsa yaxşı olar. Bizdən sonrakılar var, hansı ki, ödəyə bilmirlər”.

Qənirə Paşayeva – Millət vəkili: “Bizim ali məktəblərdə nə qədər əlil gənc təhsil alır ki, biz onları ödənişli əsaslarla təhsil almasından azad etməyək. Axı bu adamlar məsələn gözü görmür. Amma əziyyət çəkir instituta girir, bu gəlir pullu əsaslarla düşür və bəzən oxumaq imkanları olmur. Bunların sayı çox azdır, dövlət büdcəsi üçün böyük bir vəsait deyil ki, buna gedilməsin”.

ADPU-nun pedoqoji fakultəsinin dekanı Buludxan Xəlilov deyir ki, universitetdə fiziki məhdudiyyəti olan tələbələr smestr imtahanlarını fərdi qaydada verirlər. Ödənişli əsaslarla təhsil alan həmin tələbələrin təhsil haqlarından da azad edilməsi yaxşı olar.

Buludxan Xəlilov - ADPU-nun dekanı: “Cəmiyyətdə fəal olmalıdılar. Fəallığın ilkin şərtlərindən biri ondan ibarətdir ki, belə tələbələrə qayğı lazımdır. Əgər ödənişli oxuyurlarsa, onların təhsil haqları dövlət tərəfindən ödənilsə, onların fəallığı bir az da artar. Çünki bu mənəvi bir cəhətdir”.

Bununla bərabər ekspertlərin əlilliyi olan tələblərlə bağlı başqa təklifləri də var.

Kamran Əsədov – Təhsil eksperti: “Hazırda bütün ölkə üzrə istər fiziki məhdudiyəti olan və olmayan şəxslər bərabər hüquqlu imtahan verir. 1ci ondan başlamaq lazımdır ki, müəyyən əllilik dərəcəsi olan şəxslər digər qəbul imtahanları formatında verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, təhsilin əl çatımlığı təmin olunacaq”

Ekspertlərin sözlərinə görə, dövlət tərəfindən əlliliyi olan tələbələrə güzəştlərin edilməsi onların həm cəmiyyətə qatılmasına, həm də daha çox sosiallaşmasına gətirib çıxaracaq.

Son xəbərlər