Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanıldı

08.11.2018 16:24 1 989
Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanıldı
Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Verilən məlumata görə, 2018-ci il oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin,

rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq zamanı qeyd olunan cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, 2018-ci ilin oktyabr ayının 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəlib.

Törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət

və vasitələrdən istifadə etməklə 29 oktyabr saat 21-dən 30 oktyabr saat 04-dək olan müddət ərzində dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici,
o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkar edilərək götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər