Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb |
Mojo.az Avto
Mojo.az Avto

Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

02.11.2018 16:14 2 439
Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO
Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.

Xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər.

Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır.

Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.

Sevil Salmanova deyir ki, müvafiq qurumlara şikayət etsə də, cavab almayıb.

“Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə məsələ ilə bağlı bildirib ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə oktyabr ayının 17-də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.//oxu.az

Son xəbərlər