Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Modern Hospital"da xəstəni səhv müalicə etdilər - Ayağı amputasiya olundu

16.10.2018 12:34 5 345
Jurnalist Məmməd Həmidovun qohumu “Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub.

Median.Az
-ın Unikal.org-a istinadla məlumatına görə, şikayətçi bildirib ki, avqustun 18-də “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:

“Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı “Modern Hospital”da müalicə etdilər. Nəticədə, xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili şəkildə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı “Modern Hospital”da onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi.

Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə “Modern Hospital”ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün “Modern Hospital”a ödədikləri iki min manat pul onlara qaytarılsın ki, çox borca düşməsinlər.

Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”.

Sözügedən məsələ ilə bağlı “Modern Hospital”dan məlumat verilib:

“18. 08.2018-ci il tarixində pasiyent, 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət edib. Həkim endokrinoloq Gülay Məmmədovadan müalicə almaq istəyən xəstəyə, həkimimiz tərəfindən baxılıb və diaqnozu ağır olaraq qoyulmuş xəstəyə vəziyyət ətraflı izah edilib. Buna rəğmən, xəstə vəziyyətdən xəbərdar olduğunu və dr. Gülay Məmmədovanın müalicə prosedurunu qəbul etmək istədiyini söyləyib və öz razılığı ilə qəbul edib. Bu, xəstənin anamnezində də öz əksini tapır.

Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, bizim buna qarışma hüququmuz yoxdur. Xəstə Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra başqa özəl klinikada tapdığı digər həkimdən müalicə almaq istədiyini söyləyib, istəyi müqabilində isə müalicəni dayandıraraq seçmiş olduğu digər klinikaya üz tutub.

Biz həkimimizin seçdiyi müalicə üsulunun doğruluğuna əminik, heç bir yanlış müalicədən söz gedə bilməz. Bu epiqrizlərdə, anamnezlərdə də öz əksini ətraflı şəkildə tapır”.скачать dle 11.3

Son xəbərlər