Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərinin 4-cü arvadını döyən XALQ ARTİSTİ danışdı: "Ərə getməyə başqa kişi tapmadı?" (VİDEO)

01.11.2018 17:47 3 128
Ərinin 4-cü arvadını döyən XALQ ARTİSTİ danışdı:
Bir neçə gündür ATV-nin "BizimləSən" verilişində Şəmsiyyə adlı xanım adını açıqlamadığı (verilişin aparıcısı Zaur Baxşəliyevin istəyi ilə) xalq artisti tərəfindən döyüldüyünü iddia edir.

Median.Az
xəbər verir ki, Şəmsiyyə xanımın sözlərinə görə, o, qeyri-rəsmi şəkildə ailə həyatı qurduğu Rafiq bəyin ona qədər üç həyat yoldaşının olduğundan sonradan xəbər tutub.

Qadın qeyd edib ki, o, Rafiq bəyin birinci həyat yoldaşı, yəni xalq artisti tərəfindən döyülüb. Şəmsiyyə xanımın verilişə müraciətinin əsas səbəbi isə həyat yoldaşının vəfatından sonra ona vəsiyyət etdiyi bağ evinə sahib ola bilməməsi ilə bağlı olub.

Mərhum Rafiq bəy və Şəmsiyyə xanım

Dünən isə məsələdə adı hallanan xalq artisti studiyaya gəlib. Üzünün görünməsini və adının hallanmasını istəməyən xalq artisti Şəmsiyyə xanımın sözlərinə cavab olaraq bunları deyib:

"Şəmsiyyət xanımın işi məhkəmədədir, cinayət işi açılıb. Mənim şəxsi mülkiyyətimiə ikinci dəfə girdiyinə görə . Hər kəs gərək öz ağlı ilə yaşasın, heç kəsin əlində oyuncaq olmasın. Əgər insan özünü kiminsə əlinə verirsə və ya bu cür həyat tərzi seçirsə, göz yaşına hazır olmalıdır. Mən bu kişi ilə 25 il yaşamışam, bir qız övladımız var. Ev qurmuşuq, bağı yavaş-yavaş tikmişik.

Mən bir şeyi başa düşmürəm ki, niyə o boyda hökümətdə, məmləkətdə bir dənə dul kişi tapmayıb ki, düz-əməlli ərə getsin? Bir dənə "razvodda" olan kişi olmayıb ki, ailə qursun? Onun seçimi budurmu? Əgər o özünü kiminsə ərinin qucağına atırsa, o, öz seçimidir. Kişi də kişidir. Niyə də yox? Əgər qadın öz xoşu ilə özünü kişinin qucağına atırsa, o onu təbii istifadə edəcək. Əcəb edir, kişidir! Bunun hamısını qadın düşünməlidir. Deyir ki, arvadı olmuşam. Sənin arvadlığın hansı qəpiyə dəydi ki, kişi sənə bir dənə çöp də yazıb qoymadı. Sənin arvadlığın bu imiş. Niyə onda ağlayırsan? Mən günahkar deyiləm. O payı mən vermirəm.

4 ildir ki, bu kişi qəbrdədir. 25 il mən o kişi ilə yaşamışam. Niyə mən utanmalıyam? Övladım da var. Heç kəsdən bic doğmamışam, hahal uşağımdır. Bu xanım kişinin ölümündən sonra gəlib mənə bir kağız göstərib deyib ki, kişi mənə bağın bir hissəsini bağışlayıb. O qadın məni şantaj edib. Deyib ki, əgər o bağı mənə verməsən, səni məhkəmələrdə düründürəcəyik, qızını zorlayacağıq. Mən nələr çəkmişəm... Hansı çaqqalların dişindən çıxardıb məni bu qadın".


Son xəbərlər