Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türmələrdə dəri xəstəliyinin yayılması ilə bağlı açıqlama

30.10.2018 16:20 1 818
Türmələrdə dəri xəstəliyinin yayılması ilə bağlı açıqlama
Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, məsələ dərhal yerində araşdırılıb və bu məlumatın tamamilə əsassız olduğu aşkar edilib.

Bununla əlaqədar bəyan edilir ki, belə cəfəng, həqiqətə uyğun olmayan, uydurma məlumatların yayılması əhalini çaşdırmaq və aparılan islahatlara kölgə salmaq məqsədi daşıyır.

Penitensiar Xidmətdə qulluq edən əsgərlər istər hərbi hissəyə daxil olarkən, istərsə də xidmət müddəti ərzində mütəmadi olaraq tibbi müayinələrdən keçirilirlər. Səhhətlərində hər hansısa problem aşkar edildiyi zaman bütün zəruri tibbi tədbirlər görülür və onlar dərhal nazirliyin peşəkar həkimləri, habelə zərurət yaranarsa digər tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunurlar.

Eyni zamanda hərbi hissələrdə vaxtaşırı keçirilən “açıq qapı” günlərində əsgərlərin valideynləri və yaxınları onlar üçün yaradılmış şəraitlə tanış olur, daim öz məmnunluqlarını ifadə edirlər.

Penitensiar Xidmətin rəhbərliyi bir daha nəzərə çatdırır ki, qeyd edilən məlumat tamamilə yalan və qərəzli olmaqla təxribat xarakteri daşıyır.

Son xəbərlər