Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

29.10.2018 11:41 4 225
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Gürcüstanda prezidentliyə müstəqil namizəd olan Salome Zurabişvili səslərin 98,25%-nin hesablanmasından sonra 38,6% səslə qalib gəlib.

Median.Az
Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Qeyd edilib ki, Zurabişvilinin rəqibi “Vahid milli hərəkat” partiyasından olan namizəd Qriqol Vaşadze 37,35% səs toplayıb. Bununla da, namizədlər 50 faizlik baryeri aşmamaqla ikinci tura keçiblər.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib. Bu post uğrunda 25 namizəd mübarizə aparıb.

Son xəbərlər