Mojo.az Banner
21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı... - VİDEO

19.10.2018 13:52 1 811
Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı... - VİDEO
Bakıda taksi sürücüsünün avtomobilini avtoyuma məntəqəsindən qaçırıblar.

Median.Az
xezerxeber.az-a istinadən məlumatına görə, Bakı şəhər sakini, taksi sürücüsü Rəşad Əlizadə iddia edir ki, bir neçə gün əvvəl axşam saat 21:00 radələrində yaşadığı Binəqədi rayonu Mir Cəlal küçəsində 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını qoyaraq evə gedib.

Bir müddət sonra o, avtomobilini götürməyə gəldikdə maşını avtoyuma məntəqəsində görməyib.

15 dəqiqə keçdikdən sonra Rəşad Əlizadə yenidən avtoyuma məntəqəsinin işçisi Ceyhun Məmmədova zəng vurub. Ona zəng çatmadığı üçün sürücü məcbur qalıb '"102” xidmətinə avtomobilin qaçırılması ilə bağlı məlumat verib. Bir az sonra C. Məmmədov avtomobilsiz Rəşad Əlizadənin yanına gəlib.

Hadisə yerinə ərazi üzrə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları gəlib. Hər iki şəxsi bölməyə aparıblar. Polis isə avtomobili cərimə meydançasında aşkar edib. Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov avtomobili sərxoş idarə etdiyi üçün yol polisi ona 500 manat məbləğində cərimə yazıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsindən isə bildiriblər ki, belə bir hadisə olub və hazırda fakt araşdırılır.скачать dle 11.3
Mojo.az Banner