Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun

18.10.2018 17:20 2 769
Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun
Azərbaycan universitetlərində oxuyub, Türkiyədə təhsilini davam etdirmək istəyən bəzi gənclərin diplomları  tanınmır.
Xarici diplomların tanınması ilə bağlı Türkiyə Yüksək Öğretim Kurulunda (Türkiyə Ali Təhsil Şurası) xüsusi şöbə var.

Bildirək ki,xarici ölkələrdə təhsil alan Türkiyə vətəndaşları, yaxud Türkiyədə diplomundan istifadə etmək istəyən əcnəbi vətəndaşlar,əvvəlcə həmin şöbənin saytına müraciət edirlər.
Tələb olunan sənədləri təqdim edərək YÖK-ün aiddiyatı departamentindən uyğunluq kağızı alırlar. YÖK-ün aidiyyatı şöbəsi müraciət olunan vətəndaşın sənədləri ilə bağlı özlərinin qəbul etdiyi qərarın əsasını uyğun fakültəyə göndərir.


Bəs, hansı Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır?

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Mühəndislik və Azərbaycan Müəllimlər İnstitutunun diplomları Türkiyədə tanınmır:
"Həmin universitetlərin bakalavr pilləsini bitirənlər Türkiyədə magistr təhsili ala bilmir. Türkiyə Yüksək ÖğretimKurulunun (Türkiyə Ali Təhsil Şurası) siyahısında bu universitetlər yer almır.
Bundan başqa bəzi ixtisaslarda kredit sayları Türkiyədəki standartlara cavab vermədiyi halda da diplomlar tanınmır. Burada əsas məsələ digər ölkələrdəki akademik saatların Türkiyədəki mövcud  qaydalara uyğun gəlməsidir.
Bu haqda GlobalKariyera İnstitutunun direktoru Orxan Həsənoğlu da məlumat vermişdi.
"Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit sayının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır. Azərbaycan ali məktəblərindən Tibb Universiteti xaric olmaqla, akademik saatların və kreditlərin uyğun gəldiyi bütün diplomlar Türkiyə Cümhuriyyəti tərəfindən tanınır".

Son xəbərlər