Jurnalistin konsulluqda işgəncə ilə öldürülüb mişarla doğranmasının səs yazısı (FOTO + VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Türkiyə səfirliyindən Azərbaycana başsağlığı  |     22:45 Xırdalan şəhərinin su təchizatı dayandırlıb  |     22:09 Bələdiyyə sədrinin oğurluq etdiyini dedilər - 1000 manat cərimə olundular  |     21:51 Sumqayıt bulvarında 27 yaşlı gəncin meyiti tapıldı  |     21:30 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     20:45 İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxdı  |     20:34 Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb  |     20:12 Bakıda karqo şirkətinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, araşdırma aparılır  |     20:01 Gəncədə qaz balonu partlayıb, yaralanan var  |     19:43 Şoyqunun Şimali Koreya lideri ilə görüşü iki saatdan çox çəkib  |     19:03 Sumqayıtda 53 yaşlı qadının meyiti tapılıb  |     18:14 Tovuzda körpəsini günlərlə ac qoyduğu deyilən qadın: "Zəng gəldi ki, uşaq xəstəxanadadır" - VİDEO  |     18:09 Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı  |     17:07 Sumqayıtda sirkə turşusu içən qadın ölüb  |     16:38 Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapılıb  |     16:26 İrakli Kobaxidze: "Gürcülər və azərbaycanlıların əsrlərdir davam edən birgə yaşayışı ilə qürur duyuruq"  |     16:03 Bakının Xətai rayonunda suyun verilişinin bərpa ediləcəyi vaxt açıqlandı  |     15:14 İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya hallarına görə 100 nəfərə ittiham irəli sürülüb  |     14:26 Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar  |     14:25 Evdə doğuş edən qadının ölüm səbəbi - Açıqlandı  |    

Jurnalistin konsulluqda işgəncə ilə öldürülüb mişarla doğranmasının səs yazısı (FOTO + VIDEO)

Türkiyə səlahiyyətlilərinin əlində səudiyyəli müxalif jurnalist Camal Xaşoginin (türk KİV-ləri onu Camal Kaşıkçı kimi təqdim edir) ölkəsinin İstanbuldakı konsulluğunda işğəncə ilə öldürülməsini və cəsədinin parçalanmasını sübut edən səs yazısı var. virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “The Washington Post” qəzeti yayıb.

Qəzetin yazdığına görə Türkiyə rəsmiləri amerikalı həmkarlarını Xaşoginin öldürülməsini təsdiq edən səs yazılarının və videogörüntülərə malik olduqları barədə xəbərdar edib. Həmin dəlillər jurnalistin oktyabrın 2-də konsulluğun binasına daxil olandan sonra tutulduğunu, işdəncə ilə öldürüldüyünü və cəsədinin parçalara ayrıldığını sübut edir.



Qəzetə adlarının açıqlanmaması şərti ilə danışan türkiyəli rəsmilər deyiblər ki, sözügedən səs və videogörüntülər Xaşoginin öldürülməsinə görə səudiyyəli təhlükəsizlik əməkdaşlarının məsuliyyət daşıdığına dair “təkzibedilməz dəlillər” təşkil edir.

Səs və videogörüntülərin detalları barədə məlumatlı olan bir mənbə deyib: “Konsulluq binasının içərisindən alınan səs yazısı Xaşogi binaya daxil olandan sonra orada baş verənləri əks etdirir. Xaşoginin səsi və ərəbcə danışan adamların səsləri eşidilir. Jurnalistin necə dindirildiyini, işgəncə verildiyini və öldürüldüyünü eşidə bilərsiniz”.

Qəzet yazır ki, bu dəlillərin mövcudluğu Türkiyə rəsmilərinin Xaşoginin ölümündə tələsik Səudiyyə Ərəbistanını ittiham etmələrinə aydınlıq gətirir. Qəzetə danışan mənbə deyib ki, onlar hələlik bu dəlilləri ictimaiyyətə açıqlamaq istəmirlər. Çünki səs və görüntülər Türkiyə xüsusi xidmət orqanlarının ölkə ərazisində xarici diplomatik nümayəndəlikləri necə dinlədiyinin detallarını üzə çıxara bilər.



Xatırladaq ki, Səudiyyə kral ailəsinə bir vaxtlar xeyli yaxın olan, daha sonra saray çevrilişi ilə hakimiyyəti faktiki ələ keçirən vəliəhd şahzadə Muhammed bin Salmanı tənqid edən Cama Xaşoginin konsulluqa elektrikli mişarla doğrandığı haqda bundan əvvəl türkiyəli rəsmilərə istinadən “The New York Times” qəzeti yazmışdı.

Türkiyə rəsmilərinin KİV-lərə təqdim etdiyi videomüşahidə kameraları görüntüsünə əsasən həmin gün səhərə yaxın Səudiyyə Ərəbistanından iki “Gulfstream” təyyarəsi ilə xüsusi xidmət əməkdaşları və cəlladlar İstanbula gəlib. Onlar jurnalistin konsulluğa girişindən təxminən iki saat əvvəl qruplar halında binaya daxil olublar. Axşam saatlarında isə gəldikləri təyyarələrlə geri dönüblər. Qrupda insan bədənini hissələrə ayırmaq üzrə mütəxəssis-pataloji anatomiya mütəxəssisi və xüsusi olaarq cəsədi doğramaq üçün elektrikli mişar da olub.

“Sözçü” qəzeti isə yazır ki, Xaşogi konsulluğa daxil olarkən mobil telefonunu onu binanın qarşısında gözləyən nişanlısına verib. Amma mobil telefona inteqrə edilmiş “Apple” ağıllı saatı qolunda olub. Həmin qol saatı ilə mobil telefona bəzi səslər ötürülüb. Hazırda həmin səslər polis tərəfindən araşdırılır.

Digər məqam budur ki, jurnalistin konsulluğa daxil olmasından bir neçə saat sonra oradan qara rəngli, şüşələri qara plyonkalı, diplomatik nömrə nişanlı avtomobil çıxıb və Pendik bölgəsi tərəfə istiqamət alıb. Bu avtomobilin görüntüləri yol boyu 150-dən çox videomüşahidə kameraları ilə qeydə alınıb, amma avtomobil daha sonra kameraların nəzarətindən itib və 4 saat sonra konsulluğa geri dönüb. Ehtimal edilir ki, həmin avtomobildə Xaşoginin cəsədinin parçaları olub və onu harasa aparıb basdırıblar.



Səudiyyə rəsmiləri isə Xaşoginin konsulluqda öldürüldüyünü təkzib edir. Onlar iddia edirlər ki, jurnalist konsulluğu bir neçə dəqiqə, yaxud bir saat sonra tərk edib. Səudiyyə rəsmiləri konsulluqda axtarış aparılması barədə Türkiyə tərəfi ilə razılaşıb, amma məlumatlara görə cinayət yerinin təhqiq edilməsi üzrə kriminalistlərin binaya daxil olmasına razılıq vermək istəmirlər. Konsulluq binası ilə yanaşı konsulun özünün iqamətgahı da axtarılmalıdır. Jurnalistin məhz orada öldürüldüyü təxmin edilir. Bu gün iqamətgahın qarşısında qara rəngli avtomobil dayanıb və içərisindən ağ xalatlı bir nəfər çıxaraq içəri daxil olub. Həmin adamın kimliyi məlum deyil.

Ötən gün ABŞ prezidenti Donald Tramp deyib ki, o, bu məsələni sonuna qədər bilmək istəyir.”Biz imkan verə bilmərik ki, bu, jurnalistlərin və ya kim olursa olsun, başına belə iş gəlsin”. Trampın sözlərinə görə, vəziyyət “ciddidir” və o, Xaşoginin nişanlısı Hatice Cengizi Ağ Evə dəvət etmək istədiyini bildirib.

Türkiyənin TRT World kanalının yayınladığı və təhlükəsizlik kameralarından götürüldüyü deyilən kadrlarda konsulluğun qarşına dayanan avtomobillər göstərilib. Onların arasında qara rəngli mikroavtobuslar türkiyəli müstəntiqlərin diqqətini xüsusilə cəlb edib.



Videoda bir qrup “səudiyyəli” kişinin İstanbul aeroportundan Türkiyəyə daxil olduqları, mehmanxanada qeydiyyatdan keçdikləri və sonradan ölkəni tərk etdikləri göstərilib. Nişanlısı Hatice Cengizlə evlənməyə hazırlaşan Xaşogi Səudiyyə konsulluğuna əvvəlki nikahını bitirmək üçün boşanma prosesini başa çatdırmaq üçün getmişdi.

Videoda onun konsulluğa girdiyi görünür, nişanlısı isə küçədə onu gözləyir.

“Sabah” qəzeti bildirib ki, çəkilmiş kadrlarda kəşfiyyatın 15 üzvü tanınıb. Türkiyə onların Xaşoginin yoxa çıxmasında əli olduqlarını güman edir.

BBC müxbiri Mark Louven-in bildirdiyinə görə, həmin heyətdən bir nəfər vaxtı ilə Londona da göndərilib.

Camal Xaşogi kimdir?

Vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan Xaşogi könüllü olaraq ABŞ-da sürgündə yaşayıb və “Washington Post” nəşri ilə jurnalist kimi yoxa çıxana qədər əməkdaşlıq edib.



O, “al-Watan” qəzetinin və qısa müddət fəaliyyət göstərmiş “Saudi TV”xəbər kanalının keçmiş redaktoru olub.

Uzun ilər ərzində Səudiyyənin kral ailəsinə yaxın olan şəxs sayılıb. O, yüksək rütbəli Səudiyyə rəsmilərinin müşaviri kimi çalışıb.

Lakin onun bir neçə dostu həbs olunduqdan sonra, “al-Hayat” qəzeti onun yazılarının dərcini dayandırıb, deyilənə görə, ona tvitlərini kəsmək barədə xəbərdarlıq ediləndən sonra Xaşogi Səudiyyə Ərəbistanından ABŞ-a köçüb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 780 13.10.18 13:23