Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Deyirdilər ki, o elə ölməyə layiq idi” - Maşınla “bomj”u öldürən baş həkim

11.10.2018 17:00 3 794
“Deyirdilər ki, o elə ölməyə layiq idi” - Maşınla “bomj”u öldürən baş həkim
Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib.

Median.Az
-ın məlumatına görə, A. Yunusov "Qafqazinfo”ya müraciətində qeyd edib ki, o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: "Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınım padpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki qanı gəlib mənə toxundu.

Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım.

O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında həmin gün 2,9 faiz etanol çıxmışdı. Bu 12 gün ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur”.

Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: "Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”.скачать dle 11.3
Mojo.az Banner