Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda üzərində sirli yazılar olan ev - VİDEOREPORTAJ

08.10.2018 17:20 2 089
Azərbaycanda üzərində sirli yazılar olan ev - VİDEOREPORTAJ
Qax rayonunun İlisu kəndində 200 ilə yaxın yaşı olan fərdi yaşıyış evində qeyri-adi hadisə baş verib.

Median.Az "report"a istinadən xəbər verir ki, mülk sahibi evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar aşkarlayıb. Bu yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür.

Mülk sahibi Azər Qocayev bildirib ki, evin üzərində olan naməlum yazıları ilk dəfə yağış yağandan sonra görüb:

"İlisu kəndində qədim evlər çoxdur, bu evlərdən biri də mənim ata-baba yurdum olan Qocayevlərin yaşayış evidir. Evdə bəzi sirli əlamətlər görünür. Yağış yağanda mən hiss etdim ki, bu daşların üzərində müəyyən qədər ərəb əlifbasına bənzər yazılar var.

Adi gözlə baxdıqda daşların üzərində heç nə görünmür. Yalnız su atdıqda yazılar qabarıq şəkildə üzə çıxır".

Ev sahibinin sözlərinə görə, ərəb əlifbasına bənzəyən naməlum yazıları heç kim oxuya bilməyib:

"Bu ev 1881-83-cü illərdə tikilib. Ehtimal edirik ki, daşların üzərində olan və yalnız su atıldıqdan sonra oxunan yazılarda hər hansı işarə və ya sirr var. Buna görə də evin üzərində olan yazıların mütəxəssislər tərəfindən oxunmasını istəyirəm".

Son xəbərlər