Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə... - FOTO/VİDEO (18+)

21.09.2018 17:12 20 427
Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə... - FOTO/VİDEO (18+)
Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov yeni model 99 MH 441 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra”nın sürət qutusunda yaranmış problemlə bağlı ustaya müraciət edib. Dünən təmir prosesindən sonra avtomobil sahibi, onun dostu Həsən Məmmədsadıqov və avtomobil ustaları ilə birgə maşının vəziyyətini yoxlamaq üçün yola çıxıblar.

Avtomobil Nobel prospektində hərəkətdə olarkən hələlik dəqiqləşməyən səbəbdən sürücü sürət həddini nizamlaya bilməyib. İlkin ehtimala görə, sürət qutusunda yaranan problem səbəbindən avtomobilin idarəetməsi mümkünsüz olub və dəhşətli qəza baş verib.

Bəzi məlumatlarda avtomobildə qaz balonunun partladığı bildirilsə də, bu iddia təsdiqini tapmayıb. Artıq vəfat edən gənclərin cənazələri ailələrinə verilib və onlardan avtomobil ustası, Bilalov Hafiz Cəlaləddin oğlu doğulduğu Qəbələnin Aydınqılşaq kəndində dəfn edilib.

Qeyd edək ki, dəhşətli qəzada sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olub.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Avtomobil ustası Hafiz Bilalovun bəzi fotolarını təqdim edirik:
//publik.az






скачать dle 11.3
Mojo.az Banner