Mojo.az Banner
12:46 Axşam saat 18:00-dan sonra yemək ziyan deyilmiş  |     12:27 Dünyanın yaşamaq üçün ən yaxşı şəhərinin adı AÇIQLANDI  |     12:26 Planetin ən varlı insanlarından birinin vida müraciəti bəlli oldu  |     12:25 İsraildə daha bir iranlı casus saxlanıldı - Video  |     12:24 Ucuz qiymətə "sınaq" avtomobilləri: Alıcılar nəyə diqqət etməlidirlər? - Video  |     12:22 Yeni imtahan modeli şagirdləri çətin vəziyyətdə qoydu - Video  |     12:16 Azərbaycanda vəzifəli şəxs videosu ilə şantaj edilib - MƏHKƏMƏ  |     12:14 Gürcüstandan 31 nəfər çıxarılıb: Aralarında Azərbaycan vətəndaşları da var  |     11:58 Niderlandlı avtomobil sahibləri BMW-ni məhkəməyə verəcəklər  |     11:58 Balıkesirdə növbəti zəlzələ baş verib  |     11:48 Donald Tramp: "Hazırda Ağ Ev Si Cinpini qəbul etmək üçün münasib deyil"  |     11:22 Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı  |     11:13 Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ  |     11:05 DYP bayramdan sonra bölgələrdən paytaxta dönən sürücülərə müraciət edib  |     22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ olub  |     22:46 Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı  |     22:39 1 manat 70 qəpiklik möcüzə — Bazarda hamı bu meyvəni soruşur  |     22:32 Boşansalar da, eyni evdə yaşayırmışlar... - Bakıdakı qətlin təfərrüatı - Video  |     22:24 Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı  |     22:17 Şəhidin qardaşı arı sancması nəticəsində ölüb - TƏFƏRRÜAT  |    
Left Banner
Right Banner

50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi - ÖZƏL VİDEO

21.09.2018 12:16 7 917
50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi - ÖZƏL VİDEO
Bu dəli dünyada insan olmaq...

Əslində azad olduğumuzu hesab etsək də, hamımız taleyimizin girovlarıyıq. Nə dünyaya gəlişimizi, nə valideynlərimizi seçə bilirik. Kimlərsə şanslı doğulur, kimlərsə həyata ilk addımlarından acıları dadmaqla məğlub başlayır dünyayla savaşa.

Həyatımızda çox şeydən gileyli, yorğun olanda sizdən daha çətin vəziyyətdə olanları heç düşünmüsünüzmü? Həyatını kimsəsizlər evində, qocalar evində, ruhi xəstəxana divarları arasında yaşamağa məhkum olan insan talelələrini xatırlamısınızmı?

Bir qadının sorağıyla Bakının 1 saylı Psixiatriya Xəstəxanasınadır yolumuz. Bu xəstəxanada 2000 nəfərdən çox insan müalicə alır. Onlardan 350 nəfərini nə itirən var, nə axtaran. Ömürlərini bu xəstəxanada yaşamaq məcburiyyətindədirlər. Xəstəxananın həyətinə daxil olanda gözlədiyimin əksinə olaraq tam bir sükut, sakitliklə qarşılaşdım. Ucu-bucağı görünməyən geniş ərazidə bir neçə korpus yerləşir. Bütün korpuslar bağ-bağçayla əhatə olunub. Ərazini suvaran, qulluq edən bir neçə nəfər də bu xəstəxananın daimi sakinləridir. Başlarını xəstəxananın həyətindəki ağaclara, gül çiçəklərə qulluq etməklə, əkin –biçinlə qatırlar.

Bu divarlar arasında haray çəkən, daxili hıçqırıqlarını yalnız özləri eşidən neçə insan taleyi olub və var, kim bilir. Haqqında danışacağım qadının ömür hekayəsi isə məni göz yaşlarına boğdu. Onu sizə tanıtmaq istəyirəm.

Səfurə. Bəlkə də bu dünyanın ən təmiz ürəkli, ən təmiz düşüncəli insanıdır. Yaşı əllini ötsə də, uşaq saflığını qoruyub saxlayıb. Həyatı bu divarlar arasında keçib gedib. 4 yaşında valideynləri gətirib bir saylı psixiatriya xəstəxanasının qarşısında atıb gediblər. O gün, bu gündür taleyi buralara bağlanıb. Yetkinlik yaşına çatdıqdan sonra bir müddət bu divarların arasını tərk edib getsə də, çöldə, insanlar arasında asan olmayıb ona. Xəstəxana rəhbəri Ağahəsən Rəsulov onun yalnız , səfil yaşamasını istəməyib, xəstəxana ərazisində Səfurə üçün kiçik bir ev inşa etdirib. Neçə illərdir burda öz köpəkləri, göyərçinləri, toyuqları ilə yaşayır. Yaşıllığı suvardığı üçün əmək haqqı alır, fəhlə kimi ştata götürülüb. Öz dediyi kimi, ana tərbiyəsi görməyib ki, nələrisə öyrənəydi. Yemək bişirə bilmir deyə, elə xəstəxanadan hazır yemək verirlər ona. Ağahəsən həkimə “atam” deyə müraciət edir.

Kimlər üçünsə bəlkədə psixoloji problemləri olan insan kimi görünə bilər. Əslində normal bir ailə şəraitində böyüsəydi,bəlkə də taleyi tamamilə başqa cür alınardı. Gözünü açıb, özünü psixoloji sarsıntısı olan insanların arasında görüb, onları tanıyıb, onlarla böyüyüb. Onun bu aləmdən başqa nə görüb, götürəcəyi vardı ki, kamilləşə biləydi.

Onu körpəykən təkbaşına atıb gedən ata- anasını axtarır Səfurə. Şəxsiyyət vəsiqəsində 1962-ci ildə doğulduğu qeyd edilib. Abbasova Səfurə Yadulla qızı. Bəlkə də onu dünyaya gətirən insanlar (valideyn demirəm) çoxdan haqq dünyasındadılar, bəlkə də bir tikə çörəyə möhtacdılar, bunu da kimsə bilmir. Bir onu bilirəm ki, yaralı ürəyinə kristal kimi təmiz sevgini sığdıra bilmiş bu qadın, ata- anası gələrsə onları bağışlayar, qol-qanad gələr. Ayrılarkən məndən bircə xahişi oldu- Onları tap. Gözümə elə baxdı ki, “yox, bu imkansızdır” deyə bilmədim. Yalan dedim, “taparam” dedim.

Ən böyük arzusu valideynlərini tapmaq, xəstəxana divarlarını tərk edib getməkdir. Eh Səfurə, Səfurə. İnsanların bir- birinin gözündən kiprik qapmağa can atdığı, dostluq adı altında yalnız mənfəət güddüyü bu qurdlar süfrəsində, bu dəli dünyada sən yaşaya biləcəksənmi?

Sən əslində öz akvariumunda xoşbəxtsən. Xəbərin yoxdur. Bu dəli dünya bu saf, təmiz düşüncələrinlə səni udar, məhv edər. Səni və sənin kimiləri görüncə yalnız bir ağrı keçir ürəyimdən. İnsan olmaq necədə çətindir.//news24.azскачать dle 11.3