Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib |
Mojo.az Avto
Mojo.az Avto

Deputatların işi artır

18.09.2018 12:19 1 747
Deputatların işi artır
Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyasında qanun layihələrinin müzakirəsi və qəbul prosedurunda bir sıra yeniliklərin edilməsi gözlənilir.

Oxu.az-ın MM-dən əldə etdiyi məlumata görə, artıq payız sessiyasından etibarən təkcə yeni qanun layihələri deyil, həm də qanunlara, məcəllələrə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanunvericilik sənədləri də üç oxunuşdan keçiriləcək və üçüncü oxunuşda bütövlükdə qəbul olunaraq, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidentinə göndəriləcək.

Qeyd edək ki, indiyə kimi, ancaq yeni qanun layihələri üç oxunuşdan keçirilərək, qəbul olunurdu, qanunlara, məcəllələrə dəyişikliklər isə cəmi bir oxunuşdan keçirilərək, qəbul edilirdi.

Yalnız Konstitusiya qanunlarında dəyişikliklər iki dəfə səsverməyə çıxarılırdı. Bununla yanaşı, millət vəkillərinin çıxışları, replikaları ilə bağlı vaxt məsələsində də yeniliklərin tətbiqi gözlənilir.

Onu da qeyd edək ki, yeni prosedurlar 2016-cı ilin sentyabr ayının 26-da ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş bir sıra dəyişikliklərlə bağlıdır.

Bir sözlə, millət vəkillərinin işi bir qədər də artmış olacaq.

Son xəbərlər