Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Van Dammın hərəkətlərini təkrarlayan 12 yaşlı qız hamını təəccübləndirir – VİDEO

17.09.2018 16:49 3 219
Van Dammın hərəkətlərini təkrarlayan 12 yaşlı qız hamını təəccübləndirir – VİDEO
Mingəçevirdə yaşayan 12 yaşlı qız məşhur aktyor Jan-Klod Van Dammın hərəkətlərini təkrarlayıb.

Babasının himayəsində böyüyən Jalə İsayevə 8 yaşından eyni hərəkətləri dəfələrlə məşq edərək istəyinə nail olub.

O, 2 yük maşınının ortasında durur, sonra isə maşınlar hərəkət edir və bir-birindən ayrılır.

Beləliklə, Jalə İsayevə akrobatik hərəkətlərlə avtomobil üzərində qeyri-adi bacarıqlarını göstərir.

Mingəçevirdə yaşayan Jalə İsayeva yaşının az olmasına baxmayaraq, idman hərəkətlərini ustalıqla həyata keçirir. Baba himayəsində böyüyən şəhər sakini 8 yaşından məşq etməklə istəyinə nail olub. Jalə İsayeva Jan-Klod Van Dammın ahıl yaşında gerçəkləşdirdiyi qeyri-adi bacarığı 12 yaşında həyata keçirib.

Üç bacının əkiz tayı olan Jalə doğulan gündən Mingəçevirdə, babası Tofiq İsayevin himayəsində böyüyüb. Baba nəvədə olan istedadı görüb həyəcanlanmaqla yanaşı, qürur duyduğunu da deyir. O, qızcığazın avtomobil üzərində "şpaqat” açıb rahat dayanmasını onun qorxmazlığı və riski sevməsi ilə əlaqələndirir.

İdman müəllimi olmaq istəyən Jalə İsayeva gələcəkdə iritonnajlı avtomobillərin üzərində məşhur aktiyorun hərəkətlərini təkrarlaya biləcəyinə ümidlüdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər