Mojo.az Banner
Left Banner
Right Banner

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

13.09.2018 12:03 3 360
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən üç nəfər saxlanılıb.

ETSN-dən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub.

Onlardan üç ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.скачать dle 11.3
Mojo.az Banner