İnterpolun axtardığı Pirişovun Bakıdakı əməlləri- lüks maşınlar, bahalı nömrələr... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |     22:53 Tramp Kim Çen Inla görüşməyə razılıq verib  |     22:45 Bu ərazidə yaşayanlara metro ilə bağlı sevindirici xəbər: Tarix bəlli oldu  |     22:39 Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb  |     22:30 10 manatlıq şirkətin vergi borcu yarandı  |     22:25 Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək  |     22:19 Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb  |     22:12 İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb  |     22:03 “Bir həftəyə 7 mindən çox əsgər ölüb” - Tramp  |     21:58 Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi  |     21:52 İtinə görə 800 manat cərimə olundu  |     21:46 Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?  |     21:39 Bu da “Qarabağ”ın yeni hücumçu transferi  |     21:32 Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub  |     21:24 Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı  |     21:18 Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq  |     21:11 Pezeşkian: "3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq  |     21:06 Bəxtiyar Ersay vəzifəsindən azad edildi  |     20:57 Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:50 Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var  |    

İnterpolun axtardığı Pirişovun Bakıdakı əməlləri- lüks maşınlar, bahalı nömrələr... - FOTO

Maşın alveri ilə məşğul olan Pirişov növbəti dəfə hakim qarşısına çıxarılır. O, dələduzluqda ittiham edilir. Bu gün baş tutan məhkəmə iclasında yeni təfərrüatlar məlum olub.

Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Pirişovun məhkəməsi keçirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid Ramin Quliyevin iştirak etmədiyi məlum olub.

Məhkəmədə Ramin Quliyevin istintaqa ifadəsi elan olunub. Onun təqsirləndirilən Elçin Pirişov kimi istintaqda eyni məzmunlu ifadə verdiyi üzə çıxıb. E.Pirişov istintaqa ifadəsində deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib.

Pirişov 10 illik dostu Emin Quliyevə cüt rəqəmlə bitən nömrə də alacaqmış: "Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də "Mercedes Gelandevagen" istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım. Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim".


 

Lakin Pirişov məhkəmədə bu ifadə ilə razılaşmadığını deyir: "İfadənin altında mənim imzam var, mənim xəttimlə çəkilib. Çünki müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəm üstümdə olmadığı üçün boş vərəqə qol çəkməliyəm. Mən də elə etdim".

Məhkəmənin suallarını cavablandıran E.Mirişov deyib ki, sadəcə zərərçəkmiş kimi tanınan Emin Quliyevlə Ənvər adlı şəxs arasında vasitəçi olub.

O, maşını Türkiyədə yaşayan Ənvər adlı şəxsə göndərdiyini deyib: "Mən də onu Eminlə tanış etdim. Onlar birgə işləyib 6 maşın gətirib satdılar. Hər maşından mənə 5 min veriləcəkdi, amma vermədilər. Sonuncu dəfə Emin "Galik" istəmişdi. Ənvər də 40 min dollar beh tələb etmişdi. Mən Eminlə bir yerdə idim, Ənvər zəng etdi ki, pulu aparıb bu adama verin. Bizə bir nömrə verdi, həmin şəxslə danışıb Nərimanov rayonunda, "Saatın yanı" deyilən yerdə görüşüb pulu tanımadığımız həmin adama verdik. Sonra da həmin şəxsə zəng çatmadı, maşın da gəlmədi. Mən Emini tapmaq üçün Türkiyəyə getdim, tapa bilmədim. Həmin vaxt Eminin ailəsi məni həbs etdirəcəkləri ilə hədələdilər, ona görə də qayıtmadım".

Mirişov heç kimə cüt nömrə almağa söz vermədiyini də söyləyib: "Onlar mənə dedilər, maraqlanıb bildim ki, 10 BB 100 nömrəsi bir "Bentley"in üstündədir. O maşını sürən adam da 16 minə nömrə satmaz. O nömrənin qiyməti 100 mindən çoxdur".

Elçin Pirişov şahid Raminin də dedikləri ilə razılaşmır. Amma onunla üzləşdirildiyini təsdiqləyir. Məlum olub ki, Pirişov üzləşmədə şahidin dediklərini təsdiqləyib. Amma məhkəmədə deyir ki, istintaqda bu dəfə də onu aldadıblar. Onun sözlərinə görə, müstəntiq ona boş vərəq verib və deyib ki, formal olraq imzalaması lazmdır.

Məlum olub ki, Pirişov iş məhkəmədə olan zaman ölkədən qaçıbmış. 1987-ci il təvəllüdlü Elçin Pirişov dələduzluqda təqsirləndirilib, məhkəmə orqanı tərəfindən barəsində həbs qəti-imkan tədbiri seçilən zaman ölkədən qaçmış və barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilmişdi. Daha sonra o, həbs edilərək Azərbaycana gətirilib. Məhkəmədə zərərçəkmiş tərəf vəsatət verib.

 

O bildirib ki, E. Mirişov barəsində Abşeron Rayon Məhkəməsində cinayət işi başlanılıb: "Bu cinayət işi istintaqa qaytarılsın və hər iki iş birləşdirilərək yenidən məhkəməyə göndərilsin".



 
 

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Mirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 516 11.09.18 15:54