Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə "işverən" dedi (VİDEO)

07.09.2018 12:49 10 305
Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə
Sosial şəbəkələrdə Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağlanılması ilə bağlı video yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə dünən saat 09:00 radələrində baş verib. Yasamal rayonu Mirəli Seyidov küçəsi 31-38-ci kvartalda yerləşən "İlahiyyat" məscidində oğurluq edən şəxsi dindarlar dirəyə bağlayıb, polis çağırıblar. Hadisə baş verən əraziyə gələn Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsi saxlayıblar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "İlahiyyat" məscidinin imam köməkçisi Ağalar Seyidov həmin şəxsin "İlahiyyat" məscidindən dəfələrlə oğurluq etdiyini bildirib:

"Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm".

Son xəbərlər