Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əfqanıstan vətəndaşı Bakıda kabel oğrularını tutub polisə verdi

16.10.2019 21:49 2 732
Əfqanıstan vətəndaşı Bakıda kabel oğrularını tutub polisə verdi
Bakıda elektrik naqilləri və telefon kabellərinin oğurlanması geniş yayılıb. Paytaxtda hər gün oğurluq aktı qeydə alınır.

Şübhəsiz ki, oğrular bu tellərin hansı dövlət strukturlarını birləşdirdiyinə əhəmiyyət vermirlər. Məsələn, paytaxtda bir neçə dəfə Daxili İşlər Nazirliyinin xüsusi rabitə kabelinin hissələrini oğurlayıblar.

Belə oğrulardan birini Əfqanıstan vətəndaşı, 1992-ci il təvəllüdlü Anil Quullamastahir Heydərli yaxalayaraq polisə təhvil verməyə nail olub.

Binəqədi Rayon Polis İdarəsinin verdiyi məlumata görə, hadisə oktyabrın 14-ü, saat 12:40 radələrində Novxanı qəsəbəsində baş verib.

Şəxsi ərazidə keşikçi vəzifəsində çalışan əfqan kişi yad birinin çimərlik ərazisində təxminən 10 metrlik elektrik naqillərini kəsdiyinin və gizlənmək istədiyinin şahidi olub.

O, oğurluq edən şəxsi yaxalayaraq polisə təhvil verib. Saxlanılan şəxs 1992-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Nəcəfəliyev Məmmədnağı Eldar oğlu olub.

Hazırda Binəqədi rayonu 43-cü polis bölməsinin əməkdaşları saxlanılan şəxsin digər oğurluq hadisələrində iştirakının olub-olmadığını araşdırır.

Hüquq mühafizəçiləri Bakıda hər gün içərisində əlvan metallar olduğuna görə elektrik və telefon naqillərinin oğurlandığını qeyd ediblər.

Kiçik oğrular oğurlanmış əlvan metalları satır və bundan qazanc əldə edirlər.//oxu.az

Son xəbərlər