Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məsciddən oğurluq edən şəxs həbs olundu - VIDEO

08.09.2018 15:31 2 380
Bakıda məsciddən oğurluq edən şəxs həbs olundu - VIDEO
Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

Median.Az
xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı "Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib".

O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

"Report”un əldə etdiyi məlumata görə, Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.

Son xəbərlər