Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqonlarda fəaliyyət göstərən köçkün məktəbi yeni binaya köçürüləcək - RƏSMİ

30.08.2018 13:35 2 435
Vaqonlarda fəaliyyət göstərən köçkün məktəbi yeni binaya köçürüləcək - RƏSMİ
Ağdam rayonunun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmir Yolu Vağzalında dəmir vaqonlarda fəaliyyət göstərir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam rayon Təhsil şöbəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, 122 nömrəli məktəbdə Ağdam şəhər Seçki dairəsinin 3 saylı seçki məntəqəsi yerləşir.

"Ərazidə olan məcburi köçkün ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və növbəti mərhələdə qəsəbə salınarkən onlara ev verilməsi nəzərdə tutulub. Hər bir yeni salınmış məcburi köçkünlər üçün qəsəbələrdə bütün standartlara cavab verən məktəb binaları tikilib əhalinin istifadəsinə verilir. Yeni salınacaq qəsəbəyə 122 nömrəli köçkün tam orta məktəbin köçürülməsi mümkün olacaq", - Ağdam rayon Təhsil şöbəsindən vurğulanıb.

Son xəbərlər