Mojo.az Banner
23:00 Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər  |     22:53 Azərbaycanda 152 min nəfər bu xüsusi pensiyanı alır - SİYAHI açıqlandı  |     22:48 Hava ilə bağlı vacib xəbərdarlıq: Bu məhsullar bahalaşa bilər  |     22:39 "İnstagram music" Azərbaycanda fəaliyyətini dayandırdı -Musiqili paylaşımlar silinir  |     22:33 Reper Ayşə vəfat etdi — FOTO  |     22:25 Külək nə zaman zəifləyəcək?  |     22:20 Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir  |     22:13 Naxçıvanda casusluqda ittiham olunan şəxsə hökm oxundu  |     22:12 "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı  |     22:04 Azərbaycanda pul bazası 24 milyard manatı ötdü  |     21:59 Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr  |     21:52 Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...  |     21:47 Pakistanı qum fırtınası vurdu: 4 ölü, 60 yaralı var  |     21:39 MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək  |     21:33 Müəllimlərin DİQQƏTİNƏ: Elektron sənəd qəbulu BAŞLAYIR  |     21:26 Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb  |     21:21 Qazaxıstanda hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb  |     21:12 Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb  |     21:07 Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır  |     21:00 Omeqa-3 hər kəs üçün faydalı deyil? - Həkimlərdən vacib xəbərdarlıq  |    
Left Banner
Right Banner

Azərbaycan məktəblərində rus bölməsi pullu olsun - Yeni TƏKLIF

28.08.2018 13:49 2 372
Azərbaycan məktəblərində rus bölməsi pullu olsun - Yeni TƏKLIF
Azərbaycanda tarix boyu bütün dillərə hörmət olub və var. Xüsusilə, uzun illər sovet mühitində yaşadığımız üçün rus dilinə Azərbaycan cəmiyyətinə daha fərqli münasibət, rəğbət olub.

Orta məktəblərimizdə, ali təhsil olacaqlarımızda daim rus dili tədris olunub. Hətta keçmiş post-sovet ölkələrinin bəzilərində rus dili, rus məktəbləri ilə bağlı müəyyən qadağalar, yasaqlar tətbiq olunsa da, Azərbaycanda bu addıma gedilməyib.

Əksinə, Azərbaycanda hələ də rus dilində tədris aparan xeyli sayda orta məktəblərimiz var. Həmçinin, Bakı Slavyan Universiteti (keçmiş M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) fəaliyyət göstərməkdir.

Bunu açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O qeyd edib ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı artıq bir neçə ildir ki, uğurlu şəkildə öz fəaliyyətini davam etdirməkdə, yüksək səviyyəli tədris həyata keçirməkdə, peşəkar səviyyəli kadrlar yetişdirməkdədir.

Millət vəkilinin sözlərinə görə, bununla yanaşı, dövlət səviyyəsində rus dilinin inkişafı, tədrisi ilə bağlı nələr lazımdırsa, hamısı edilməkdədir, bu məsələ qayğı, diqqətlə əhatə olunmaqdadır.

"Əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanlarımızın sayı artır.

Hətta bir çox valideynlər uşaqlarının rus dilində danışması, bu dilə mükəmməl yiyələnməsi üçün onları pullu hazırlıq kurslarına, "repetitor” yanına hazırlığa göndərməkdədirlər. Dil, xüsusilə, çox dilmək yaxşı əlamətdir. Bu, həm də mənəvi bir üstünlükdür. Amma bəzən bu məsələdə ifrata varmaq, əndazəni aşmaq halları da var.

Bəzən insanlarımız bu məsələyə dəb, "qonuşdan dala qalmamaq”, az qala özlərini "elit” göstərmək xatirinə yanaşırlar.

Baxırsan ki, özləri rusca bir kəlmə olsun belə bilmirlər, ancaq övladlarını kor-koranə şəkildə rus dilini öyrənməyə, rus məktəblərində oxumağa məcbur edirlər, kiminləsə yarışa, bəhsəbəhsə girirmiş kimi özlərini aparırlar.

Tutaq ki, uşaq rusca oxudu, o uşağa lazım olanda həmin valideyn kömək edə biləcəkmi rus dilini bilmədiyi halda? Bunu, görəsən, insanlarımız fikirləşirlərmi heç? Bu, axı həmin uşaqlarda bir mənəvi şikəstlik, natamamlıq yaradır, niyə bunları bəzi insanlarımız, valideynlərimiz anlamaq və qəbul etmək istəmirlər?

Dediyim kimi, çox dil bilmək, öyrənmək yaxşı cəhddir, amma hər şey həddində, qədərində olmalıdır. Hesab edirəm ki, bu məsələdə xarici dövlətlərin, elə qardaş Türkiyənin təcrübəsindən yayarlanmaq olar və lazımdır da.

Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir.

Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni, heç də hər kəs övladını xaric dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifafə etmək, yararlanmaq olar və vacibdir.

Tez-tez dilimizin normalarına, qayda-qanunlarına əməl edilməməsindən, dilimizin təhrif edilməsindən, biabırçı kökə salınmasından ah-nalə edir, danışır, şikayətlənirik. Bir tərəfdən də öz dilimizi unudub, dəb xatirinə başqa dillərə üstünlük veririk, bu, nədir, o, nədir? Məsəl var, bəy dediyin nə, bəyənmədiyin nə…

Gəlin, əvvəlcə öz dilimizi öyrənək, öz dilimizdə səlis danışaq, sonra başqasına meyillənər, üz tutarıq”, - deyə K.Əliyeva əlavə edib.
oxu.azскачать dle 11.3
Mojo.az Banner