Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır - RƏY

17.08.2018 16:16 4 599
Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır - RƏY
Vaşinqtonun Suriyadakı proqnozlaşdırılması mümkün olmayan siyasəti, həmçinin Donald Trampın Ankaranın heç də dost mövqe tutmadığı İsraillə yaxınlaşmaları nəticəsində son vaxtlar ABŞ və Türkiyə arasında münasibətləri “səmimi müttəfiqlik” adlandırmaq olmaz.

Bu barədə oxu.az-a rusiyalı siyasi ekspert Denis Korkodinov ABŞ-a qarşı ittifaqın formalaşması imkanları ətrafında gəzən söhbətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yeni anti-terror kampaniyasına başlamaq səyləri (Suriya və İraqda) regionda lider mövqeyini itirməsi ilə barışa bilməyən Ağ Ev administrasiyasında müəyyən narahatlıq doğurur.

“Bu, Vaşinqton və Ankara arasında qarşılıqlı iqtisadi məhdudiyyətlərə çevrilən gərginliyə səbəb olub. Görünür, türk xammalına rüsumları artıran Donald Tramp türkiyəli həmkarını Ankaranın hərbi aktivliyini qəbul etməməsi barədə xəbərdar etmək və Türkiyəni barəsində beynəlxlaq sanksiyaların qüvvədə olduğu İranla bir sıraya qoymaq niyyətində olduğunu bildirmək istəyib.

Lakin Ağ Ev adminitrasiyasının səhvi ondadır ki, Ərdoğan Türkiyədəki nüfuzunu daha da gücləndirmək üçün ABŞ-ın çağırışını qəbul etməyə şad idi. Başqa sözlə, Vaşinqton və Ankara arasında təşkil olunmuş iqtisadi müharibə hər iki ölkəyə sərfəlidir: Amerika cəmiyyəti üçün guya demokratiyaya təhdid yaradan “xarici düşmən” obrazını daim dəstəkləmək lazım olduğu halda, türk isteblişmenti “şər impersiyası” ilə (ABŞ nəzərdə tutulur) qarşıdurma mövzusunu yenidən aktuallaşdırmağın əleyhinə deyil”, - deyə ekspert hesab edir.

Siyasi şərhçi əmindir ki, münaqişə tərəfləri ölkələrə sağalmaz yara vurmayan populist iqtisadi məhdudiyyətlərin çərçivəsini aşmaq fikrində deyil.

“Ankara Vaşinqtondan Yaxın Şərqdəki yeni hücum əməliyyatına müdaxilə etməmək barədə zəmanət alan kimi, qarşılıqlı ittihamlardan ibarət bu oyun başladığı kimi gözlənilmədən bitəcək.

Fikrimcə, bu məsələ ilə bağlı artıq nəticələrə gəlmək düzgün deyil. Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Amerika çağırışı Rusiya və Çinə Türkiyə ilə əməkdaşlığı genişləndirmək barədə bir siqnal idi.

Moskva və Pekin Ankaraya onun imtina edə bilməyəcəyi yeni kommersiya təklifləri irəli sürəcəklər. Lakin istisna deyil ki, hadisələrin belə inkişafı zamanı Vaşinqton daha böyük bir şey təklif edə bilər.

Və o zaman Ərdoğan ortalıqda qalacaq: ya ABŞ-la, ya da Rusiya və Çinlə ittifaq. İstənilən halda, bu, dünya siyasətində çətin ki, “uzunömürlü” ola biləcək müvəqqəti alyansa çevriləcək”, - deyə Korkodinov qeyd edib.

Son xəbərlər