Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Pis-pis saytların hamısını bağlamaq lazımdır" - Deputat

16.08.2018 18:32 2 932
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev ötən gündən etibarən Azərbaycanda bəzi porno saytlara girişin məhdudlaşdırılmasına münasibət bildirib.

Median.Az
xəbər verir ki, deputat “Ölkə.Az”a açıqlamasında bu addımı təqdir edib:

“Əslində, həmin saytlar çoxdan bloklanmalı idi. Mən hər zaman deyirəm ki, biz Avropaya inteqrasiya ediriksə, Avropanın yaxşı tərəflərini özümüzə nümunə götürməliyik. Əvvəllər bağlı idi, heç kəs Avropanın pis cəhətlərini görə bilmirdi. Ancaq indi azadlıqdır, internet əsridir, hər kəs internetə daxil olub nə istəsə, ona baxa bilir. Biz Avropanın yaxşı cəhətlərini götürməliyik. Daha bu cür pis məqamları deyil. Nə olsun ki, Avropaya inteqrasiya edirik. Avropanın bütün cəhətlərini özümüzə götürə bilmərik!”.

R.Əliyev qeyd edib ki, sözügedən porno saytlar Azərbaycana xas olmayan cəhətləri ölkəmizdə yaya bilir:

“Həmin saytlara girişin Azərbaycanda bağlanılmasını tam dəstəkləyirəm. Bu çox doğru addımdır”.

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən hərbiçiləri şantaj edən və “reket jurnalist” fəaliyyətilə məşğul olan dəstə üzvlərinin həbsi məsələsinə də toxunan deputat bildirib ki, bu cür saytları da dərhal bağlamaq lazımdır:

“Həmin şəxslər jurnalistlərin də adını ləkələyirlər. Onlar da saytlarda insanları şantaj edirdilər və sairə. Hesab edirəm ki, bu cür adamlara qarşı mübarizəni daha sərt aparmaq laızmdır ki, onlar cəmiyyətimizdən birdəfəlik yox olsunlar. Ümumiyyətlə, pis-pis saytların hamısını bağlamaq lazımdır. İnsanları maarifləndirən saytlar olmalıdır. Mən dəfələrlə demişəm ki, telekanallarda da maarifləndirici verilişlər olmalıdır. Təbii ki, bunlar olmayanda cavanlar da pis-pis şeylərə baxırlar”.

Son xəbərlər